Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dizlərdə Meniks əməliyyatı faydasızdır – Alimlər

  • 2024.03.14 18:52
  • 1258 Baxış
Dizlərdə Meniks əməliyyatı faydasızdır  – Alimlər


Dünyada ən populyar diz əməliyyatı Meniksin bərpası effektsizdir.

“Medicina” xəbər verir ki, bu nəticəyə Helsinki universitetinin alimləri gəliblər.


Travmatoloqları özündən çıxaracaq bu nəticə Meniks yırtığından əziyyət çəkənlər üçün yenilik olub.

Eksperimentdə 146 könüllü iştirak edib.

Onlarda Meniks yırtılması səbəbindən diz ağrıları var idi.
Heç bir pasiyentdə artrit və ya travma yox idi.

Onların bir qismi Meniks bərpası əməliyyatından keçirilib.

Dİgərlərini isə qurama əməliyyata salıblar, həkimlər onlara dizlərdə əməliyyat və ya prosedur etmələrinə inandırıb.

12 aydan sonra hər iki qrupda nəticələr eyni idi.
Heç bir yaxşılaşma və ağrının itməsi müşahidə olunmayıb.

Beləliklə, Meniks əməliyyatının effektiv olmadığı sübut olunub.

Əməliyyatda həkimlər meniskin zədələnmiş hissəsini çıxarırlar.

Hər il dünyada yüz minlərlə xəstəyə bu əməliyyat icra edilir.

Aygün Musayeva