Diz insan bədənində 2 cüt olan ən iri oynaqlardan biridir. Daim yük, ağırlıq altındadır və ayaqlarda ən uzun sümükləri birləşdirir.
Dizlərdə baş verən ən xırda dəyişiklik, zədə, iltihab insanı ağrı ilə baş-başa qoyur və gəzməsinə əngəl yaradır.
Diz elə oynaqdır ki, idman, qaçmaq, ağırlıq qaldırma və digər hərəkətlər ona faydalı yox, hətta zərərli olur.
Medicina.az diz oynaqlarında baş verən patologiyaların səbəblərini təqdim edir:
-Piylənmə, artıq çəki
-Autoimmun xəstəliklər, revmatoid artrit
-Sümüklərdə problem, osteoporoz, kövrəkləşmə
-Meniskin zədələnməsi, yırtığı
-Vətər və bağların zədələnməsi
-Travma,zədə-hətta köhnə travmaların da izi qala bilir
-İdman zalında diqqətsiz davranış, özbaşına idmanla məşğul olmaq
-Meniksin – hamar qığırdağın dağılması – bu zaman kəskin ağrı, dizləri qatlayanda səs, şaqqıltı, sanki dizin içində nəsə olması hissi, oynaq ətrafının şişməsi əlamətləri olur
-Eləcə də dizlərdə bağların, vətərlərin dartılması, qırılması, oynağın yerindən tərpəməsi, çıxıqlar ağrılara səbəb olur
Dizdə az, kiçik bir dəyişiklik, ağrı gözardına vurulmamalı, özü keçər deyə düşünülməməlidir. Çünki gələcəkdə vəziyyət ağırlaşıb, artroza kimi çata bilər.
Yeniyetmələrdə 10-16 yaş ərəfəsində diz qapağı və oynağının zədələnməsi Osquda-Şlyatter xəstəliyinə çevrilir. Müalicə effekt vermədikdə, əməliyyat lazım gəlir.
İltihab diz oynağını sıradan çıxarır
Diz ağrılarına ikinci səbəb iltihabdır: artrit, artroz, bursit, sinovit və s.
Əgər bir dizdə iltihab ağrı varsa, deməli bu travma nəticəsindədir. Hətta köhnə zədə də özünü göstərir. Yox əgər hər iki diz eyni zamanda ağrıyırsa, deməli, orqanizmdə patoloji proses gedir. Məsələn, autoimmun xəstəliklər, revmatoid artrit. Revmatoid artritə səbəb infeksiyalardır.
Bursit – onurğa kisəsinin iltihabıdır, dizdə beyker kisti adlanın şiş kimi özünü göstərir
Sinovit – endokrin xəstəliklər, allergiya, infeksiya nəticəsində sinovial qatın iltihabıdır.
Periartrit – diz bağlarının iltihabıdır. İş görəndə, çox gəzəndə, nəsə qaldıranda diz ağrıyır.
Osteomielit – sümüklərin iltihabıdır.
Qonartroz – deformasiya olunmuş artrozdur, oynağın qığırdağının degenerasiyası. Əgər vaxtında aşkarlanıb, müalicə olunmasa oynaq protezlənməsi əməliyyatı aparılmalıdır.
Osteoporoz – sümüklərin sıxlığının azalması, yaşlanma ilə bağlı sümük əriməsi.
İnfeksiyalar – sümük vərəmi, dizenteriya, xlamidioz
Lipoartrit – oynaqda piy toxumasının yaranması
Bütün bu xəstəliklər kəskin, xroniki ola bilər, zamanla kəskinləşir, zamanla sakitləşə bilər.
Elə bu remissiya, qısa müddət sakitləşmə xəstələri çaşdırır, onlar hesab edir ki, sağalıblar, daha müayinə, müalicəyə ehtiyac yoxdur. Elə bu da xəstəliklərin uzanmasına, kəskinləşməsinə səbəb olur. Dizlə bağlı xəstəliklərdə vanna, sarğı, kompress, maz və s. özbaşına etmək olmaz. Nə qədər ki, dizlərdə hərəkətlilik var, vaxtında düzgün diaqnoz qoyulub, müalicə olunmalısız.
Eləcə də onurğa və çanaq sistemində də xəstəliklər dizlərə ağrı verə bilər.
Diz ağrısında profilaktika
Diz oynaqlarına yükün az düşməsini təmin etmək
Müxtəlif deformasiyalar zamanı xüsusi elastik bant, sarğı, diz üçün korsetlər istifadə etmək
Kəskin ağrılarda uzanaraq dizi elə qaldırmaq ki, ürək səviyyəsindən yuxarıda olsun.
Əgər dizlərinizdə uzun müddət keçməyən, sakitləşib sonra yenidən başlayan ağrılarınız varsa, yerişiniz dəyişibsə, axsayırsızsa, diz oynağından səs gəlirsə, dizdə şişkinlik, yumşaq ödem varsa, vaxt gözləmədən peşəkar travmatoloq ortoped, nevroloq və ağrı mütəxəssisinə müraciət edin
Salam. müharibə veteranıyam, övladımın 16 yaşı var bir ay əvvəl MRT-nin nəticələrinə görə -Oymaq daxilində və suprapatellar bursada maye yığıntısı.-Medial meniskusun arxa buynuzunda 2-ci dərəcə degenerasiya.- Lateral meniskusun arxa buynuzunda 1-ci dərəcəli degenerasiya.-Femurun lateral kondilində lateralda sümük iliyi ödemi kimi nəticə yazıb. doktdr tərəfindən müalicə yazılıb, ağrılar və şişkinlik demək olar ki, yoxdur, ancaq uşaq sağ ayağını qatlaya bilmir (çömbəlmək) Xahiş edirəm bu nə dərəcədə qorxuludur. bir rəy yazın.