Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diz oynaqlarında replantasiya əməliyyatı uğurla həyata keçirilib

  • 2019.07.18 12:27
  • 8913 Baxış
Diz oynaqlarında replantasiya əməliyyatı uğurla həyata keçirilib
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri tez-tez riskli və uğurlu əməliyyatlara imza atırlar. Belə əməliyyatlardan biri də klinikaya müraciət edən və hər iki diz oynağının deformasiyaedici artrozu diaqnozu təsdiqlənən xəstə üzərində həyata keçirilib. Cərrahi əməliyyat klinikanın ortopediya və travmatologiya şöbəsinin müdiri, dosent Cəfər Nəsirlinin rəhbərliyi ilə icra olunub. Universitetin mətbuat xidmətindən medicina.az-a bildiriblər ki, təcrübəli travmatoloq-ortopedin sözlərinə görə, cərrahi müdaxiləni qaçılmaz edən müəyyən səbəblər var: "İlkin səbəb vaxtında müalicəyə başlanılmaması, çəki artımı, qidalanma problemi və digər amillərdir. Bizə müraciət edən xəstənin də hər iki diz oynağında qığırdaq toxumaları tamamilə yeyilib aşınmış, amortizasiya xüsusiyyətini itirmişdi. Xəstə həm yeriyə, həm də dizini tam aça bilmirdi. Bu zaman vurulan iynələr, qəbul edilən dərmanlar müvəqqəti xarakter daşıyır və yekunda heç bir müsbət nəticəyə gətirib çıxarmır. Ona görə də cərrahi əməliyyatın aparılması ən doğru qərar idi. Qərarımızı müvəffəqiyyətlə icra edərək eyni vaxtda xəstənin hər iki diz oynağında replantasiya əməliyyatı apardıq”. Əməliyyatın uğurla nəticələndiyini söyləyən C.Nəsirli xəstənin iki gündən sonra yeriyəcəyini, 1 həftədən sonra isə çəliksiz gəzə biləcəyini diqqətə çatdırıb.