Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diz ağrılarınız tamamilə keçəcək – Atılan limon qabığının EFFEKTİV TƏSİRLƏRİ

  • 2017.12.07 19:55
  • 49872 Baxış
Diz ağrılarınız tamamilə keçəcək – Atılan limon qabığının  EFFEKTİV TƏSİRLƏRİ
Limonun faydaları saymaqla bitməz.

 

Bəs təbiətin möcüzəsi limonun suyunu sıxıb qabığını atırsınız?

 

Medicina.az ailem.az-a istinadən xəbər verir ki, təqdim edilən bu yazını oxuduqdan sonra limon qabığını atmayacaqsınız.

 

Limon qabığının tərkibindəki C vitamini, kalsium, potasium və lif limon suyundan 5-10 qat daha zəngindir. Eyni zamanda qabığının içində limon yağı, faydalı turşular və pektin var.

 

Tərkibindəki kalsium və vitaminlər sümük xəstəliklərinin qarşısını alır.

 

Xərçəngə qarşı faydalıdır

 

Xolesterolu salır

 

Diz ağrılarını rahatladır

 

Qandakı PH səviyyəsini tarazlaşdırır

 

Diz ağrılarına qarşı limon qabığı qarışımı:

 

Limon qabığı sayəsində diz ağrısından qurtula bilərsiniz. Limon qabığı qan damarlarını genişləndirərək rahatlaşdırır və iltihaba qarşı savaşır. Bununla diz ağrılarını yox edir.

 

Lazım olanlar:

 

Zeytun yağı

2 limon

5 ədəd evkalipt yarpağı

Təmiz bir bez

Qapaqlı balon

 

Hazırlanması:

 

Limon qabıqlarını balona yerləşdirin və üzərinə çıxacaq qədər zeytun yağı tökün. Evkalipt yarpaqlarını yerləşdirin. Balonun ağzını bərk bağlayın və 2 həftə saxlayın.

2 həftə sonra hazırladığınız qarışımı ağrıyan bölgəyə sürtün və təmiz bir bezlə sarıyın. Bu prosesi gecə etsəniz, bütün gecə boyu qarışımın əmilməsi daha yüksək olacağından təsiri də daha çox olacaq.

 

Arıqlamaq üçün limon qabığı suyu:

 

4 ədəd limonu yaxşıca yuyun və iki yerə bölün. Böldüyünüz limonları bir qazana yerləşdirin və üzərinə bir az çıxana qədər içməli su ilə doldurun. 5 dəqiqə qaynadın. Daha sonra soyudun. Hazırladığınız bu suyu səhərlər için. Əgər dadını bəyənməsəniz, qarışımı içəcəyiniz stəkana bir çay qaşığı bal əlavə edin.