Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diz ağrılarına əla çarə - LİMON QABIĞINDAN HAZIRLANAN RESEPT

  • 2017.09.26 12:12
  • 29046 Baxış
Diz ağrılarına əla çarə -  LİMON QABIĞINDAN HAZIRLANAN RESEPT
Limonun faydaları saymaqla bitmir. Bəs təbiətin möcüzəsi limonun suyunu sıxıb qabığını atırsınız? 

 

Medicina.az lent.az-a istinadən xəbər verir ki, limon qabığının tərkibindəki C vitamini, kalsium, potasium və lif limon suyundan 5-10 qat daha zəngindir. Eyni zamanda qabığının içində limon yağı, faydalı turşular və pektin var.

 

Tərkibindəki kalsium və vitaminlər sümük xəstəliklərinin qarşısını alır. Xərçəngə qarşı faydalıdır. Xolesterolu salır, diz ağrılarını rahatladır, qandakı PH səviyyəsini tarazlaşdırır.

 

Limon qabığı sayəsində diz ağrısından qurtula bilərsiniz. Limon qabığı qan damarlarını genişləndirərək rahatlaşdırır və iltihaba qarşı savaşır. 

 

Lazım olanlar:


 

Zeytun yağı


2 limon


5 ədəd evkalipt yarpağı


Təmiz bir bez


Qapaqlı balon

 

Hazırlanması:


 

Limon qabıqlarını balona yerləşdirin və üzərinə çıxacaq qədər zeytun yağı tökün. Evkalipt yarpaqlarını yerləşdirin. Balonun ağzını bərk bağlayın və 2 həftə saxlayın.


2 həftə sonra hazırladığınız qarışımı ağrıyan bölgəyə sürtün və təmiz bir bezlə sarıyın. Bu prosesi gecə etsəniz, bütün gecə boyu qarışımın əmilməsi daha yüksək olacağından təsiri də daha çox olacaq.