Seksoloqlar aradan cinsi həyatı fərqli etmək, yeni hisslər yaşamağı sınamağı tövsiyə etsələr də, həkimlər bəzi seçimlərə qarşıdır.
“Medicina” xəbər verir ki, Böyük Britaniyanın Milli sağlamlıq xidmətinin baş həkimi Xana Patel divanda intim münasibətin mümkün risklərindən danışıb.
Çünki çox yumşaq mebel bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.
“Divanda bakteriyalar uzun müddət yaşayıb çoxala bilir.
Divan üzlüyü yataq örtüyü, mələfə kimi tez-tez dəyişdirilmədiyi, yuyulmadığı üçün kişi və qadınlara müxtəlif infeksiyalar, sidik yolları infeksiyaları keçə bilər.
Bu zaman qadınlarda sidik ifrazı ağrılı olur, kiçik çanaq orqanlarında ağrılar başlaya bilir.
Ona görə də intim münasibətlərdə sağlamlığa zərərli eksperimentlər etməyin”
Aygün Musayeva