Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Divan və çarpayıda yemək mədə qıcqırması və qastrit yaradır

  • 2018.06.01 17:28
  • 16884 Baxış
Divan və çarpayıda yemək mədə qıcqırması və qastrit yaradır
Çox insanlar yorğun olduqları və televizora baxdıqları üçün boşqabını götürüb divanda yerini rahatlayır və divandaca yemək yeyir. Digərləri isə yataqda yeməyi xoşlayır. Səhər yeməyini yatağa gətirmək nə qədər romantik olsa da, səhhətiniz üçün zərərlidir.


Divanda və yataqda yarıuzanılı və baş yastıqda ikən yemək yemək qidanın mədə şirəsi ilə qarışdıqdan sonra geri, qida borusuna qayıtmasına səbəb olur.

 

Medicina.az xəbər verir ki, düzgün pozada olmamaq yeməyin geri qayıtması nəticəsində qıcqırma, qida borusunda yanma hissi verir.   Bu hal yemək yedikdən sonra dərhal uzananlara da aiddir. Əgər gecə yatanda qıcqırma, qida borusunda yanma hiss edirsizsə, yastığınızı qaldırıb, kürəyiniz üstə yatın.


Ümumiyyətlə, yemək yedikdən sonra, 1 saat vertikal vəziyyətdə qalmaq lazımdır.