Şanxay Disneylendində kovidlə bağlı kuryoz olay yaşanıb.
Medicina.az xəbər verir ki, Çin rəhbərliyi Disneylənddə 30 min ziyarətçini 6 saat salxayıb, kovid testi etmədən evə buraxmayıblar. Buna səbəb Disneyləndə cəmi bir nəfər kovidli xəstənin girməsi olub.
Hadisə bazar gunu baş verib. Nəhəng Disneylend parkına həmin gün 33 min insan gəlmişdi. Gələnlər arasında bir qadının kovid xəstəsi olduğu məlum olandan sonra orda olanların hamısı parkda saxlanmış, parkı bağlayıb, bütün insanları test etmişlər.
Hadisədən sonra Disneyland 3 gün bağlı qalıb.
Çin koronavirusla mübarizədə olduqca diqqətli və sərt davranır. Ölkənin 80% əhalisi peyvənd olunub.