Çürük və iltihablı dişlərin müalicəsi gecikdirilməməlidir. Çünki ağızda nə qədər çox çürük diş varsa, orqanizmdə xərçəng olma riski bir o qədər yüksəkdir.
“Medicina” xəbər verir ki, məşhur həkim Aleksandr Myasnikov bu barədə danışıb.
“Kariyes, parodondit, damaq iltihabı ciddi iltihabi xəstəliklərə, o cümlədən onkoloji xəstəliklərə yol aça bilər.
Bu hələ hamısı deyil. Dişlərlə bağlı problemlər infarkt, insult riskini də artırır. Eləcə də revmatizm, podaqra. Burdan bir nəticə çıxarmaq lazımdır: daxildə iltihab varsa, müalicə etmək lazımdır, uzatmaq olmaz”.
Aygün Musayeva