Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dişlərinizdə yaranan bu 7 problemi “iqnor” etməyin - Həkim məsləhəti

  • 2018.12.26 16:34
  • 10528 Baxış
Dişlərinizdə yaranan bu 7 problemi “iqnor” etməyin -  Həkim məsləhəti

Hər nə qədər stomatoloqdan qorxsanız da, vaxtınız olmasa da, bu 7 problemdən birini görən kimi onu təxirə salmadan həll etməyə çalışın. Çünki bu problem həll olunmadıqda, tezliklə daha böyük və çətin patologiyaya çevrilir.


Medicina.az-ın əməkdaşı Saf-Med stomatoloji klinikasının həkimlərindən geniş yayılmış 7 diş probleminin müalicəsi barədə açıqlama alıb:


1.Karies 

 

Diş minasının faydalı mineralları itirməsi nəticəsində həssaslığının artması və çürüməsi. Bu xəstəlik ağız boşluğunda yerləşən bakteriyaların ifraz etdiyi turşular sayəsində yaranır. Digər səbəb qida ilə daxil olan karbohidratlardır. Karies başlanğıc, ilk mərhələdə -emalda ləkə görünən kimi müalicə olunmalıdır. Orta və dərin mərhələdə toxumanın bütün layları artıq zədələnmiş olur. Pasiyent özü uzun müddət dişində karies olduğunu bilmir. Problemi yalnız peşəkar stomatoloq baxışında aşkar etmək olur. Əgər başlanğıc mərhələdə aşkarlansa, diş yonulmur, emal möhkəmləndirici tədbirlər görülür, mineralizasiya aparılır. 


Cüzi karies zamanı emalın üstü azca təmizlənib, üst qata plomb qoyula bilər. İkinci və dərin mərhələdə artıq diş yonulur, divar nazikləşir, sinirlər çıxarılır, olomb qoyulur. Gələcəkdə dişi qorumaq üçün qapaq dataxılmalıdır. Bütün bunlar isə birinci mərhələdəki müalicəyə nisbətən ikiqat baha başa gəlir.


2.Saralmış dişlər. 

 

Dİşlərin getdikcə saralmasının qarşısını da peşəkar stomatoloji baxış və müalicə ala bilər. İlk öncə daha yüngül və zərərsiz diş rəngi açıcı, ağardıcı metodlar seçilir. Özbaşına hansısa dərman, gel, soda və s. ilə diş ağarmasına çalışmayın. 


3.Diş ətinin qanaması 


Damaqda qanama, qızarma, şişkinlik ağız selikli qişasının iltihabından xəbər verir. Gingivit adlanan bu xəstəlikdə dişlərin özü zədələnmir. Bu insana elə də ciddi diskomfort yaratmasa da diş əti qanamaıs görən kimi müalicə etmək lazımdır. Çünki iltihab daha dərin toxumalara keçib, ciddi problem yaradacaq. Gingiviti müalicə etmək üçün ağız boşluğu professonal təmizlənir, diş daşları götürülür, daha sonra dərman preparatları ilə müalicəyə başlanılır. Gingivit parodont xəstəliklərinə aiddir və ümumdünya səhiyyə təşkilatı tərəfindən ciddi qiymətləndirilərək, müalicəsində israr olunur. 

 


4.Dişin sınması, bölünməsi


Diş xarici travma və ya mina qatındakı problemdən sınıb, haçalanıb, bölünə, qopa bilər. B zaman ortopedik müalicə olunur, mikroprotezləşdirmə aparılır. Eyni zamanda vinirlər taxıla bilər. Vinirlər keramik, kompozit və farfor materialdan ola bilər. Bir mənfi cəhəti var ki, vinir qoyulması zamanı emal yonulur. Yəni gələcəkdə vinirlər çıxarılıb, əvvəlki diş səfi bərpa oluna bilməz. 


5.Dişlərin arasında boşluq 


Diastema adlanan bu problem estetik baxımdan səliqəli, sağlam görünməsə də çox insanlara fərdilik, özəllik verir və qüsur hesab olunmur. Lakin sağlamlıq baxımından zərərlidir. Diastema körpə yaşlarda uzun müddət əmzik, barmaq sovurmaqdan, həmçinin genetik ola bilər. Hazırda bu problem asanlıqla korrektə olunur. Müalicə üçün vinir, plomb, qapaq və s. ortodontik metodlardan istifadə olunur. 


6.Ağızda bir neçə dişin olmamadı


Əgər siz dişsiz gəzməyə, yeməyə alışmısızsa, bu heç də yaxşı deyil. Çünki gələcəkdə dişləm, damaq problemi, çənə əyilməsi, həzm problemi, üz simmetriyasında əyilmə baş verəcək. İtirilmiş dişləri implant- diş kökünü əvəz edən süni diş əkilməsi ilə bərpa etmək olar. İmplantlar 12 ilə kimi gəzdirilə bilər. 


7.Qeyri-düzgün dişləm


Bu problem nəinki diş sırasının xarici görünüşünü pozur, həmçinin çənə əyilməsi, sümük problemi, mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilir. Dişləm problemini həm uşaqlıqda, həm də böyüklər istənilən yaşda həll edə bilər. Bunun üçün breket, treyner, plastinlər taxılır. Ən ağır formalarda isə cərrahi müdaxilə olunur. 

 



Siz bu problemlərin müayinəsini və müalicəsini endirimli qiymətlərlə Saf Med stomatoloji klinikasında həyata keçirə bilərsiz. Hazırda yeni il ərəfəsində böyük endirim kampaniyaları elan olunub.


Ünvan: Həmzə Babaşov küç, 9-cu mikrarayon

(012) 513 - 27 -96

(055) 955 -01-03

Dişlərinizdə yaranan bu 7 problemi “iqnor” etməyin -  Həkim məsləhəti