Dişlərə baxmaqla insanın nə qədər ömrü qaldığını necə bilməli?
Alimlər ağızda itirilən dişlərin sayına görə, insanın ömrünə nə qədər qaldığını müəyyən edə biliblər.
“Medicina” xəbər verir ki, bu metod yalnız ahıl insanlar üçün keçərlidir.
Sübut olunub ki, 70 yaşa qədər insanda nə qədər az diş itirilibsə, onun 90 yaşa qədər çatma ehtimalı bir o qədər yüksəkdir.
Əgər 60-70 yaşa qədər ağızda daha çox diş qorunub saxlanılıbsa, deməli, orqanizm yaxşı vəziyyətdədir.
Dişlər erkən yaşdan tökülübsə, bu o deməkdir ki, insan həyatı boyu çox stress keçirib və sağlamlığına fikir verməyib.
Aygün Musayeva