ABŞ-dan olan tədqiqatçılar sağlam dişlərin beyindən asılı olduğunu sübut edə biliblər.
“Medicina” xəbər verir ki, diş sağlamlığının vəziyyəti insan beyninin sağlamlıq vəziyyətindən asılı olaraq dəyişə bilər. Belə ki, psixi pozğunluğu olan insanların ağız boşluğu ilə bağlı problem yaşama ehtimalı daha çoxdur.
Bir neçə min könüllü arasında aparılan araşdırmalar göstərdi ki, psixi xəstəlikdən əziyyət çəkən insanlar psixi cəhətdən sağlam insanlardan daha çox dişlərində problem yaşayırlar, çox vaxt dişlərinin bir hissəsi əskik olur və ya sadəcə olaraq tez çürüyüb tökülür.
Elm adamları bu əlaqəni necə izah edəcəklərini dəqiq bilmirlər.
Alimlər hesab edirlər ki, psixi problemləri olan insanların sadəcə olaraq diş müalicəsinə müntəzəm çıxışı olmaya bilər, onların diş sağlamlığına zərərli olan fərqli həyat tərzi var. Ağız boşluğunun vəziyyətini izləmək ehtimalı daha azdır və yaranan problemlərə diqqət yetirmirlər.
Bu, həm də psixi xəstəlikləri olan insanların diş müalicəsindən daha çox qorxması ilə əlaqədar ola bilər. Diş problemləri xüsusilə müxtəlif növ narahatlıq pozğunluqları və ya depressiyadan əziyyət çəkən insanlarda yayğındır, çünki onlar qorxu və ya digər problemlərdən narahat olduqları üçün həkimə getmirlər.
Aynurə Məmmədova