Dişlərin rəngi və emalına qidalar və içkilər birbaşa təsir edir.
“Medicina” xəbər verir ki, stomatoloq terapevt Aleksey Soşnikov bu qidaları açıqlayıb.
“Əslində qidalar və içkilər dişin özünün rənginə yox, diş üzərindəki ərpin rənginə təsir edir. Əgər inan dişlərini düzgün fırçalamırsa, dişlərin səthində getməyən ərp qatı yaranır. Bu ərp qısa müddətdə minerallaşır və getdikcə rəngini dəyişir.
Diş ərpinin rənginə baxmaqla insasnın hansı qidalar yediyini təxmin etmək olur.
Tünd ərp çay qəhvə sevənlərdə, sarı rəng siqaret, rəngli içki və sitrus sevənlərdə, yaşıl ərp daha çox bitki yeyənlərdə olur.
Dişlərin rəngini dəyişmək üçün çempion bənövşəyi karakatislərdir, onları pasta, dəniz məhsulları yeməkləri, rizottoya əlavə edirlər.
Çox giləmeyvələr, kök və ərik, narıncı meyvə-tərəvəz də dişlərin rənginə təsir edir.
Əgər siz bu qidaları hər gün qəbul edirsizsə, yeməkdən sonra dişləri yaxalamaq və dişləri təmizləmək yetərlidir.
Professional qulluq xətti və stomatoloji metodlarla isə dişləri ərpdən təmizləyib, təbii rəngini qaytarmaq mümkündür”.
Aygün