Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dişlərin ev şəraitində ağardılmasının fəsadları - Yanıq, yara, güclü baş ağrıları...

  • 2018.08.30 11:39
  • 12228 Baxış
Dişlərin ev şəraitində ağardılmasının fəsadları -  Yanıq, yara, güclü baş ağrıları...
Avstraliyanın Rəqabət Mübarizəsi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komissiyası belə bir həyəcanlı bəyanatla çıxış edib ki, dişləri ağardan məhsullar ağız boşluğu və diş ətində yanıqlara gətirib çıxara bilər.

 

Medicina.az xəbər verir ki, məlum olub ki, bəzi ağartma dəstlərində peroksidin təhlükəli qatılığı mövcuddur. Ekspertlər bu vasitələrdən istifadə nəticəsində zərərçəkənlərin olduğuna dair məlumat əldə ediblər.


Komissiyanın üzvü Sara Kortun sözlərinə görə, adamlarda kimyəvi yanıqlar, ağız boşluğunda, boğazda yara əmələ gəlməsi, dişlərdə həssaslığın artması, sancmalar və baş ağrıları qeydə alınıb. Həm də bu zaman dişlər qeyri-təbii rəng alıb.


Hazırda ev şəraitində dişlərin ağardılması üçün doqquz təhlükəli dəst aşkar edilib. Onlarda peroksidin qatılığı 6 faizi, peroksid karbomidin miqdarı isə 18 faizi ötür. Mütəxəssislər alıcılara ağardıcı maddələrin dəqiq qatılığının göstərilmədiyi dəstləri almamağı tövsiyə edirlər.