Qida sodası və ya bikarbonat natrium məişətdən əlavə, müxtəlif sağlamlıq prosedurlarında tətbiq olunur. Onunla neçə illərdir ev şəraitində dişləri də ağardıb təmizləyirlər.
Bəs soda dişlər üçün nə qədər təhlükəsizdir?
Medicina.az xəbər verir ki, soda həqiqətən bir qədər ağardıcı təsirə malikdir. Hətta bikarbonatlı diş məcunları da var.
Yaxşı olar ki, dişlərə birbaşa soda yox, sodalı diş məcunu sürtülsün. O, diş ərpini, diş daşlarını təmizləyir, gingivit riskini azaldır.
Eləcə də soda ilə qarqara etmək ağız boşluğunda bakteriyaları məhv edir.
Soda ağız mikroflorasında pH balansını tənzimləyir. Turşu-qələvi mühiti dişlərin kariyesdən çürüməməsi üçün vacibdir.
Amma təmiz sodanın birbaşa dişlərə hər gün sürtülməsinin fəsadları da var. O, diş emalını dağıdır.
Sodada dişlər üçün vacib ftor maddəsi yoxdur, ona görə dişlərin möhkəmliyinə faydası olmur.
Kariyesli dişlərin soda ilə sürtülməsi yolverilməzdir.
Aygün Musayeva