Dişləri sarılaşdıran diş daşından qurtulmağın bir çox yolu var. Evdə asanlıqla tapılan inqrediyentlərlə dişlərinizi ağarda bilərsiniz.
Soda
Dişləri ağardıcı və diş daşı ilə mübarizə aparan qarışım üçün nəm diş fırçasının üzərinə bir az çörək soda tökün və həm dişlərinizi, həm də diş ətlərini yaxşıca fırçalayın. Yuyulmadan əvvəl ən azı on beş dəqiqə saxlayın.
Bu, bakteriyaları öldürür və dişləri təbii şəkildə ağardır.
Ağ sirkə
Bir stəkan isti duzlu suya ağ sirkəni qarışdırmaqla başlayın. Daha sonra bu məhlulla gündə bir dəfə qarqara edin.
Portağal qabıqları
Portağal qabıqları da diş daşından xilas olmaq üçün əla vasitədir. Bunu etmək asandır, çünki portağal qabığının içini götürüb dişlərə və diş əti nahiyələrinə tətbiq edirsiniz.
Başqa bir üsul qabığın içindəki əzilmiş parçalardan məcun hazırlayıb su ilə qarışdırmaq və sonra dişlərə sürtməkdir.
Portağal qabığının C vitamini və antimikrobiyal xüsusiyyətləri diş daşı və dişlərdə yığılanları yox edir..
Aygün
Medicina.az