Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dişlər və diş əti üçün vacib vitaminlər

  • 2023.04.26 19:03
  • 5022 Baxış
Dişlər və diş əti üçün vacib vitaminlər
Vitaminlər sağlamlığın qorunması və ümumiyyətlə, həyatı təmin edən proseslərin düzgün işləməsi üçün əvəzolunmazdır. Vitaminlər ətraf mühitdən gəlir və ya orqanizmin özündə sintez olunur.

Bədəndə vitamin çatışmazlığı müxtəlif orqan və proseslərin funksiyalarının pozulmasına gətirib çıxarır. Ağız boşluğunun vəziyyətinə gəlincə, vitamin çatışmazlığının əlamətlərindən biri dişlərin pozulmağa, çürüyüb tökülməyə başladığı vəziyyət, digəri diş ətinin iltihabıdır.

“Medicina” xəbər verir ki, diş xəstəliklərinin səbəbi faydalı maddələrlə qidalanmamaq da ola bilər. Məsələn, D vitamini, kalsium, flüor, fosfor, maqnezium kimi komponentlərin olmaması.

İlkin mərhələdə dişlərdə tünd ləkələr, çökəkliklər görünür. Emalı çox incə olur, sonra diş çökməyə başlayır.

Bu prosesi dayandırmaq üçün bədəninizi optimal miqdarda vitamin və minerallarla qidalandırmaq lazımdır

Vitamin siyahısına nəzər salaq:

D vitamini
E vitamini
A vitamini
C vitamini
B2, B3, B12 vitamini


Vitaminlərlə bərabər, dişləri gücləndirmək üçün minerallardan istifadə etmək lazımdır.

Fosfor - sıx diş emalının qorunması üçün zəruri bir komponentdir. Bədən onu balıq, ət, qoz-fındıq, quru meyvələr, qarabaşaq yarmasından götürür.

Kalsium - fosforla yanaşı, dişin əsas komponentidir və dişlərin sümük toxuması üçün lazımdır. Bədəndə kalsium azdırsa, o zaman sümüklərdən "yuyulmağa" başlayır. Kalsium dəniz məhsullarında, yarpaqlı göyərtilərdə, toxumlarda, paxlalılarda, qoz-fındıqda olur.

Kalium - çənə sümükləri və qanın laxtalanması da daxil olmaqla sümüklərin formalaşması üçün vacibdir. Kalium banan, paxlalılar, süd məhsulları, göyərtidən sorulur.

Maqnezium - mineralı diş minasını qoruyur və gücləndirir. Maqnezium yarpaqlı tərəvəzlərdə, quru əriklərdə, buğda rüşeymində və almada olur.

Sink - ağız boşluğunda bakteriyaların səviyyəsinə nəzarət edir. Bakteriyaların artan konsentrasiyası ilə çürük və iltihablı proseslər başlaya bilər. Qırmızı ət, göbələk, balqabaq toxumu və bütün növ paxlalı bitkilərdə yüksək sink tərkibi var.

Yod – kalsium ifrazına nəzarət edir, yəni dişlərin böyüməsi və onları güclü vəziyyətdə saxlamaq üçün lazımdır. Yodun əsas mənbəyi dəniz yosunu, dəniz məhsulları, xüsusilə pullu balıqlar və sarımsaqdır.

Günay Quluzadə