Yemək zamanı disfagiya baş verir. Bu qida və suyu udmada sanki çətinlikdir. Belə əlamət bir həftə ərzində özünü davamlı göstərərsə, insultun xəbərçisidir.
“Medicina” xəbər verir ki, xəstələrin təxminən dörddə biri işemik insultdan bir neçə gün əvvəl bu simptomla qarşılaşa bilər.
İnsult, beynin bir hissəsinə qan tədarükünün müvəqqəti dayanması nəticəsində yaranan ölümcül vəziyyətdir.
Əksər hallarda, bu, qan laxtalanması ilə əlaqədardır. Hər hansı bir xəstəlikdə olduğu kimi, insultun əlamətlərini nə qədər tez aşkar etsəniz, sağ qalma şansınız bir o qədər yüksəkdir.
Xəstəliyin başlamasından bir həftə əvvəl qeyri-adi əlamətlər özünü biruzə verir.
Həkim – nevroloq Aleksandra Alexinanın sözlərinə görə, insanların təxminən dörddə biri insultdan əvvəl "mini insult" kimi tanınan keçici işemik hücum yaşayır.
Tədqiqat işemik insult keçirən xəstələrin 100-də 23-də daha əvvəl kiçik işemik hücum olduğunu müəyyən edib. Bu xəstələrin 43%-də insultdan bir həftə əvvəl disfagiya olub.
O, həmçinin müəyyən etdi ki, xəstələrin 17%-də eyni gündə, 9%-də isə bir gün əvvəl KİH var.
Disfagiya baş travması, dağınıq skleroz və ya demans kimi problemlərə işarə edə bilər.
Əgər disfagiya varsa, həkimə müraciət etmək vacibdir.
İnsultun digər simptomlarına aşağıdakılar daxildir:
• Bədənin bir tərəfinin tam iflici
• Qəfil görmə itkisi, bulanıq görmə və ya ikili görmə
• Başgicəllənmə
• Şüurun qarışıqlığı
• Balans və koordinasiya ilə bağlı problemlər
• Danışıqda çətinliklər
Aygün Musayeva