Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dişə bərkidilən sensor kəşf edildi - Qidanın kimyəvi tərkibini müəyyənləşdirir

  • 2018.04.02 11:35
  • 10859 Baxış
Dişə bərkidilən sensor kəşf edildi -  Qidanın kimyəvi tərkibini müəyyənləşdirir
Qidanın kimyəvi tərkibini müəyyənləşdirmək qabiliyyətinə malik dişə bərkidilən yığcam simsiz sensor ixtira edilib.

 

Medicina.az xəbər verir ki, ABŞ-ın Tafts Universitetində çalışan mühəndislər qrupu tərəfindən hazırlanıb.


Qurğunun enerji ilə doldurulması və məlumatların ötürülməsi üçün ona passiv antenna quraşdırılıb.


Qidanın istehlakının izlənilməsi onun orqanizmə təsirini araşdırmağa, həmçinin bəzi xəstəliklərə diaqnoz qoymağa imkan verir.


Mühəndislər sözügedən sensorun prototiplərini laboratoriya şəraitində sınaqdan keçiriblər. Sensorlar, həmçinin onları öz dişlərinə bərkitmiş könüllülər üzərində uğurla sınaqdan keçirilib.


 

Qeyd edək ki, bunlardan gələcəkdə tibb sahəsində tətbiq oluna bilər.