Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Disbioz problemi - Bağırsaqların yeni müalicə üsulu

  • 2023.05.16 16:34
  • 3457 Baxış
Disbioz problemi   - Bağırsaqların yeni müalicə üsulu
Makroorqanizm və mikroorqanizm dinamik tarazlıq vəziyyətində olan vahid ekoloji sistemdir. Xarici faktorların orqanizmə müxtəlif təsirlərinə baxmayaraq, mikrofloranın tərkibi daimidir. Lakin orqanizmin kompensator imkanları sərhədsiz deyil. Həzm traktının mikroflorası orqanizmin sağlamlıq vəziyyətində kəmiyyət və keyfiyyət dəyişikliklərinə səbəb olan həssas indikator sistemidir.

Müxtəlif endogen və ekzogen faktorların təsiri nəticəsində insanın autoflorasında dinamik pozulmalar baş verir və bağırsaq mikroflorasının tərkibində şərti-patogen bakteriyalarının üstünlüyü ilə xarakterizə olunan disbioz yaranır. Bu vəziyyət yanlış qidalanma, stress, yorğunluq, antibiotik, ətraf mühit toksinləri və s. kimi amillərin təsiri nəticəsində yaranır.

"Medicina" xəbər verir ki, normal bağırsaq florası immun sisteminə təsir göstərir və orqanizmin sanogenetik qabiliyyətini, yəni detoksikasiyasını təmin edir.

Balanslaşdırılmış flora qida maddələrinin, mineral, mikroelement, vitamin və amin turşuların yaxşı həzm olunmasına kömək edir. Bu həyati vacib fizioloji funksiyalar disbakterioz zamanı pozulur. Disbakterioz zamanı bağırsaqda Candida cinsindən olan şərti-patogen göbələklər çoxalmağa başlayır.

O, öz maya formasından göbələk formasına çevrilir. Bu formada kökəbənzər uzun substansiyalar inkişaf edir və həzm traktının selikli qişasının daxilinə keçir. Bunun nəticəsində həzm traktı ilə qan damarları arasında sərhəd pozulur, bağırsaq keçiriciliyi yüksəlir və sonadək həzm olunmamış zülallar qana keçərək immun sistemini çox miqdarda antitel sintez etməyə vadar edir.

Bunun nəticəsində müxtəlif tip allergiyalar inkişaf edir. Belə halda Mikrobioloji terapiya patogen və şərti-patogen mikroorqanizmlərin eliminasiyası, obliqat mikrofloranın bərpası və nəhayət, immun sisteminin güclənməsinə imkan yaradır. Mikrobioloji terapiya həm immum reaksiyaların çatışmazlığı (tənəffüs və həzm sisteminin infeksion və qeyri-infeksion xəstəlikləri), həm də yüksəlməsi ilə əlaqəli yaranan xəstəliklərin (allergiyalar) uğurlu müalicəsində tətbiq olunur. Bu terapiya “Symbiopharm” şirkətinin mikroorqanizmlərdən ibarət canlı və inaktivləşdirilmiş probiotiklərinin köməyi ilə aparılır.

İmmun sistemini aktivləşdirən “Symbioflor” preparatlarından kompleks istifadə etməklə uzunmüddətli immunomodulyasiya effekti almaq olur.

Pro-symbioflor inaktivləşdirilmiş Esherichia coli və Enterococcus faecalis autolizatından ibarətdir. O, inaktivləşdirilmiş bakteriyalardan ibarət olduğu üçün immun sistemini az stimulə edir və kiçik immun cavab yaradır.

Prosymbioflor interleykin-1B və interleykin-6-nı inhibə edir, eyni zamanda interleykin-2 və γ-interferonun sintezini stimulə etməklə dəri və selikli qişalarda yaranan iltihabi proseslərin qarşısını alır. Yenidoğulmuş və uşaqlara gündə 2 dəfə 1-2 damcı, böyüklərə isə gündə 2 dəfə 5 damcıdan başlayaraq hər gün 1-2 damcı artırmaqla individual tolerantlıq həddinə çatdırmaq lazımdır.


Sonra terapiya Symbioflor 1-lə davam etdirilir. Symbioflor 1 Enterococcus faecalis hüceyrə və autolizatından ibarətdir. Enterokokklar İg A sintezində iştirak edir. Bu interleykin-1B və interleykin-6-nın stimulyasiyası ilə həyata keçirilir. Yaranan İg A bağırsağın selikli qişasının səthini örtərək qoruyucu qat əmələ gətirir. İmmun sistemilə assosiasiya olunmuş bütün selikli qişalarda (gözün, yuxarı tənəffüs sistemi yollarının, sidik-cinsiyyət yollarının selikli qişasında) İg A-nın sintezi artır və bütün orqanizmi patogen mikrofloradan qoruyur. Ona görə Symbioflor 1 tək ağızdan qəbul edilmir, həmçinin burun, göz, qulaq damcısı kimi istifadə olunur. Həmçinin, terapiyaya Mucosa comp. əlavə etməklə selikli qişanın funksiyasını əhəmiyyətli dərəcədə yaxşılaşda bilərik.


2-ci fazada müalicəyə Symbioflor-2 əlavə olunur. Symbioflor-2 E.coli bakteriyası və autolizatından ibarətdir. Per os qəbulu zamanı bağırsağın selikli qişası üzərində β-defensin hasilatını gücləndirir. Symbioflor-2 Th1 və Th2 hüceyrələri arasında balans yaradır. Bu da interleykin-1B və interleykin-6 sintezinin stimullaşması və bununla əlaqədar İgA, sİgA,və İgG-nin artması ilə bağlıdır.


Uşaqlara gündə 2 dəfə 1-2 damcı per os və tədricən gündə 2 dəfə 5 damcıya çatdırılır, böyüklərə isə gündə 2 dəfə 5 damcıdan başlayaraq hər gün 1-2 damcı artırmaqla gündə 2 dəfə 20 damcıya çatdırmaq lazımdır.

Symbiflor 2-nin qəbulu kəskin xolesistit, kəskin pankreatit, bağırsaq keçməməzliyi, üzülmə, yüksək temperaturla keçən xəstəliklərdə qısa müddətli dayandırılmalıdır.

Ümumiyyətlə, Symbioflor preparatlarını qəbul edərkən abdominal ağrı və köp, baş ağrısı, ürəkbulanma, ağızda quruluq kimi əlamətlər ola bilər. Belə olduqda damcıların sayını 1-2 damcı azaltmaqla əlamətlərin keçməsini gözləmək, sonra yenidən tədricən artırmaqla individual tolerantlıq səviyyəsinə çatdırmaq lazımdır.

Antibiotiklərin istifadəsindən yaranmış bu və ya digər fəsadlar mikrobioloji terapiyanın köməyi ilə uğurla müalicə oluna bilər.



Aygün Musayeva