Ağız boşluğunun, dişlərin sağlamlığı ümumi orqanizmin sağlamlığında mühüm rol oynayır. Xəstə dişlər, ağız boşluğunda olan infeksiya ocaqları bir çox ağır xəstəliklərin səbəbi ola bilər!
Buna görə vaxtaşırı həkim müayinəsindən keçməli, ağız boşluğu gigiyenasına (eyni zamanda, süd dişlərinin gigiyenası, sağlamlığı), sağlamlığına ciddi yanaşılmalıdır.
"Medicina" xəbər verir ki, dişlər və diş əti xəstəliklərinin orqanizmin xəstəlikləri ilə əlaqəsi haqqında məlumat tibbə çoxdan bəllidir. Müxtəlif lokalizasiyalı infeksiya ocaqlarının ürək – damar, mədə-bağırsaq və digər sistemlərin xəstəliklərinin yaranması ilə əlaqəsi var. İngilis həkimi Hunter infeksiyalaşmış diş və diş ətinin müalicəsindən sonra anemiyanın müalicə olunması haqqında dəyərli məlumatı həkimlərin diqqətinə çatdırmışdır.
Xroniki proses etiologiya və lokallaşmasından aslı olmayaraq bütövlükdə orqanizmin və onun ayrı-ayrı sistem və orqanlarının homeostazının dəyişməsinə səbəb olur. Hər hansı xroniki infeksiya ocağı, o cümlədən, stomatogen ocaq mikrobların və onların həyat fəaliyyəti məhsullarının orqanizmin hüceyrələri ilə sıx təmasda olması üçün şərait yaradır. İnfeksiya ocağında mikrobların həyat fəaliyyəti məhsulları toplanır və mikrobların parçalanması nəticəsində toksinlər azad olur. Bu toksinlərin bir qismi makrofaq, neytrofillər tərəfindən udulur, digər qismi isə qan və limfaya keçərək toksemiya törədir. Nəticədə orqanlar zədələnərək xəstələnir. Hər hansı bir dişin zədələnməsi onunla əlaqəli olan orqanın xəstələnməsinin təzahürüdür və əksinə.
Bundan başqa diş plombları da orqanizmin ağır metallarla yüklənməsinə səbəb olur(civə, palladium, alüminium,titan, kadmium).
Beləliklə bütün dişlərin “C” (karies) mərhələsində müalicəsi və bioinert materiallarla plomblanması və protezləşdirilməsi nəzərə alınmalıdır. Diş və diş ətinin zədələnməsində diş daşlarının da rolu çox böyükdür. Ağız boşluğuna düzgün qulluq, keyfiyyətli diş pastalarından, iplərdən istifadə diş daşlarının yaranmasını ləngidə bilər. Lakin diş daşları demək olar, hər bir kəsdə əmələ gəlir. Diş əti iltihabına, qanamalarına və s.- ə səbəb olur. Bunu təmizləmək üçün mütləq vaxtaşırı stomatoloqa müraciət etmək lazımdır. Əks təqdirdə bu infeksiya ocaqları, maneələr və toksiki maddələr orqanizmdə patoloji proseslərin ağırlaşmasına və müalicəyə tabe olmamasına gətirib çıxara bilər.
Bunlarla yanaşı diş və diş əti problemlərində effektiv nəticələr əldə etmək üçün Almaniya istehsalı olan Calcoheel, Osteoheel və Viburgel preparatlarından istifadə etmək olar.
Calcoheel
Calcium carbonicum Hahnemanni-kalsium mübadiləsinin pozulması
Chamomilla – ağrılı diş çıxarma, qıcıqlanma
Carbo vegetabilis – diş ətindən qanaxma aradan qaldırır.
Göstəriş:
Ca mübadiləsini tənzimləmək
Dişçıxarmanın gecikməsi
Çoxsaylı karies
3 yaşa qədər ½ tab x dəfə
3 yaşdan yuxarı 1 tab x 3 dəfə dil altına qoyulur.
Osteoheel
Tərkibi:
Hekla lavaD6
Kalium jodatumD4
Asa foetida D4
Stillingua silvatica D4
Aranea diademaD6
Natrium sulfuricum D4
Mercurius praecipitatus ruberD9
Calcium Phosphoricum D6
GÖSTƏRİŞ:
Sümük və sümüküstlüyü, qığırdaq və birləşdirici toxumanın iltihabi və destruktiv xəstəliklərinin kompleks müalicəsində:
Osteoporoz
Parodontoz
Daban mahmızı
Ekzostozla olan osteoxondroz
Periostit
Ostit
Osteomielit
Viburgel
Chamomilla - Çobanyastığı
Salvia - Adaçayı
Eugenia Caryophyllus - Mixək
• Stomatit, gingivit
• Viburgel – həm böyük, həm də körpə və kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulur. Viburgel-dən dişçıxarma prosesinin ilkin əlamətlərində, yəni damağı əhatə edən selikli qışa daha nazik, gərgin və qızarmış olduqda, yeni süd dişi çıxmağa başladıqda, damağa qulluq kimi istifadə etmək olar.
• Körpələr və kiçik uşaqlar
tərəfindən yaxşı tolerə edilir
• Tətbiq etmək asandır
• Şəkər və spirtsizdir
Aygün Musayeva