Bu resept dünyada soda ilə müalicə ilə tanınan professor Neumıvakinin icadıdır.
Dişləri ağardır, diş ərpi və daşlarını əridir, damaqda olan yaraları sağaldır, diş əti xəstəliklərini müalicə edir.
Əgər sizdə parodontoz, diş əti qanaması, dişlərin ərpdən saralması, diş ətində ağrılar, ağızda pis qoxu varsa, bu pastanı hazırlaya bilərsiniz.
Yarım çay qaşığı çay sodasının üzərinə 15 damcı hidrogen peroksid və 5 damcı limon suyu əlavə edib, qarışdırırsız.
Pambıq disk və ya ucu pambıqlı qulaq çöpünü pastaya batırıb, diş və diş ətini, diş diblərini bu pasta ilə sürtürsüz.
Hər gün 2 dəfə təkrarlasanız ağız və dişləriniz təbii dezinfeksiya olacaq, damaq xəstəlikləri sağalacaq, dişlər təmiz, bəyaz olacaq.