Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diş kanallarının səhv və yarımçıq doldurulmasının gələcəkdə fəsadları – Pasiyentlərin ən çox üzləşdiyi problemlərə stomatoloqdan cavab

  • 2018.12.21 15:17
  • 60425 Baxış
Diş kanallarının səhv və yarımçıq doldurulmasının gələcəkdə fəsadları –  Pasiyentlərin ən çox üzləşdiyi problemlərə stomatoloqdan cavab
Son zamanlar çox pasiyentlər dişlərinə plomb qoydurarkən, siniri çıxarılmış dişdə sonradan problemlər yaranmasından şikayətlənir. Əslində ilk baxışdan sıradan, asan bir iş kimi görünən sinir çıxarıb, diş kanallarını doldurmaq heç də hər həkimdə uğurlu alınmır. Bunu müalicə vaxtı pasiyent hiss etmir.

 

Sonradan zahirən də heç bir problem görmür. Amma zamanla həmin diş kökündə sızıltı, ağrı, bəzən damaqda şişkinlik hiss edir. Rentgen çəkim etdikdə müalicə olunan dişlərdə kanalların yarımçıq doldurulduğu, hətta həkimin kanalla düz getməyərək kənara çıxması kimi dəhşətli görüntülər üzə çıxır.


Medicina.az Saf Med stomatoloji klinikasının həkim stomatoloqu Cahid Bayramovdan belə problemlə qarşılaşan pasiyentlərin nə etməli olduğunu öyrənib:

 


" Pasiyent gəldikdə dişlərə və köklərinə ilk olaraq rentgendə baxıb, sonra müalicəyə başlayırıq. Təəssüf ki, çox zaman əvvəlki müalicələr zamanı yol verilmiş ciddi səhvləri görürük. Bu da çox həkimlərin rentgensiz işləməsi ilə bağlıdır. Kanalı hissiyatı ilə yarımçıq doldurur, hətta olur bir kanal qalır, ştif qoyduqda kanal boyu yox, kənara çıxırlar, ya plombu elə zərblə sıxırlar ki, yuxarıdan çıxıb haymor boşluğuna belə düşür. Belə pasiyentlərdə iltihab, kistalar yaranır, gecikmiş halda olduqda dişin itirilməsi ilə nəticələnir. 


Rentgen də yalnız peşəkar stomatoloji klinikalarda mümkündür. Bizim klinikada elə pasiyent əyləşən kimi vizioqraf aparatı ilə dişlərə  baxaraq işləyirik. Vizioqrafın bir üstünlüyü də var ki, rentgenə nisbətən şüalanma dərəcəsi çox azdır. Həm həkim, həm də pasiyent üçün zərərsizdir. Həm də bu xidmət müalicənin qiymətinin içindədir, əlavə ödəniş tələb olunmur. 


Kiçik həkim kabinetlərində belə imkan olmur. Pasiyenti də uzağa rentgenə göndərmək sərf etmir, ona görə gözəyarı iş görmüş olurlar. Ümumiyyətlə xəstə dişin rentgeni olmadan müalicəsi düzgün deyil. 


Kanallar boşdur, qapağın altında iltihab yaranacaq. O dişin üzərinə qoyulan körpü, qapaq və ona istinad edilmiş digər dişlər gələcəkdə sökülməlidir. Beləcə pasiyent ikiqat ziyana düşür. 


Haymor cibinə plomb qırığı düşdükdə pasiyent burun ətrafı ağrı, iltihab, baş ağrı, miqrendən, nevroloji ağrılardan şikayətlənir. Bu zaman panoram rentgen edib, problemi aşkar etmək olur.  Belə səhvləri pasiyent heç vaxt özü bilə bilməz. Dİgər stomatoloq müayinəsi ilə öncəki stomatoloqun səhvlərini aşkar etmək olur.


Əgər haymor cibinə düşmüş yad cisim ağrı, problem verirsə, çıxarıımalıdır. 

Dİş çox dağılıbsa, plob qoyulsa da bir müddətdən sonra ya o plomb düşür, ya da dişin divarı qırılır, bunlar olmasın deyə dişə qapaq keçirilməlidir ki, dişin ömrü uzun olsun. 


 



Saf- Med Stomatoloji klinikasında Yeni illə bağlı super endirim aksiyası davam edir:


-Dişlərin çəkilməsi

-Keramika, qapaq, körpü

-Ostopediya işləri

-İmplant  


AKSİYA DEKABR-YANVAR AYLARINDA DAVAM EDƏCƏK


Ünvan: Həmzə Babaşov küç ( (9-cu mikrarayon)

(012) 513 - 27 -96

(055) 955 -01-03

Diş kanallarının səhv və yarımçıq doldurulmasının gələcəkdə fəsadları –  Pasiyentlərin ən çox üzləşdiyi problemlərə stomatoloqdan cavab
Diş kanallarının səhv və yarımçıq doldurulmasının gələcəkdə fəsadları –  Pasiyentlərin ən çox üzləşdiyi problemlərə stomatoloqdan cavab
Diş kanallarının səhv və yarımçıq doldurulmasının gələcəkdə fəsadları –  Pasiyentlərin ən çox üzləşdiyi problemlərə stomatoloqdan cavab