Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Diş həkimlərinin maaşına baxılmalıdır” - Deputat

  • 2023.02.01 13:11
  • 2145 Baxış
“Diş həkimlərinin maaşına baxılmalıdır” -  Deputat
“Bu gün səhiyyədə müəyyən sahələr üzrə maaş fərqləri var. Sığortaya düşən xidmətlər üzrə çalışan şəxslərin maaşları yüksəkdir. Amma bu məsələ diş həkimlərinə şamil olunmur”.

Medicina.az xəbər verir ki, bu fikirləri millət vəkili Ceyhun Məmmədov Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deyib.

Onun sözlərinə görə, bunun müəyyən əsaslandırılması var: “Amma düşünürəm ki, bir həkim 1000-1200, diş həkimi isə 300 manat maaş alırsa, bu, müəyyən suallar yaradır. Bu məsələyə baxılmalı və çıxış yolu tapılmalıdır”.