Son zamanlar müasir, çox stomatoloji klinikalarda həkimlər acgözlükdən deyil, qənaət etmək üçün və ya material çatışmamazlığından daha ucuz, keyfiyyətsiz material və alətlərdən istifadə etməyə məcbur olurlar.
“Medicina” xəbər verir ki, Rusiya Təhlükəsiz Stomatologiya Assosiasiyasının müşaviri Artur Tumaşeviçin sözlərinə görə, burada məsələ heç də tamah və xəsislikdə deyil. Bəzən qıtlıq səbəbindən qənaət lazım gəlir.
“Çox vaxt diş həkimləri ağız boşluğunun peşəkar gigiyena məhsullarına qənaət etməli olurlar. Onlar dişləri və diş ətlərini zədələmirlər. Amma kristallar şəklində olan daha ucuz variantlar aqressiv tərkibinə görə həm xəstə, həm də həkim üçün zərərlidir. Onlardan sonra xəstələr tez-tez ağrı və narahatlıqdan şikayət edirlər.
Diş həkimlərinin tez-tez qənaət etməli olduğu ikinci şey kistlərin, periodontitlərin və diş kanallarının müalicəsi üçün avadanlıqdır. Bu gün kanalların doldurulması üçün biokeramik plombların tədarükü azalıb və ya onların çatdırılma müddəti uzanıb. Bu səbəbdən, yalnız bəzi həkimlər onlardan istifadə edə bilər, qalanları isə daha ucuz analoqlar almalıdırlar.
Həmçinin, diş həkimləri çox vaxt kanal müalicəsi üçün laızm olan alətlərə qənaət edirlər. Son zamanlar Çindən gəririlən keyfiyyətsiz material və alətlər bazarda çoxalıb. Bu da işin keyfiyyətini aşağı salır.
Tez-tez klinikalar yüksək keyfiyyətli sirkonium və keramika tacları əldə etmir. Ucuz sirkoniumun bir çox çatışmazlıqları var ki, bunu xəstələr bilmir.
Bəzi həkimlər implantlar üçün ehtiyat hissələrinə də qənaət edirlər. Bazarda çoxlu replika hissələri var. Ancaq belə bir replika səbəbindən bütün diş strukturu pozula bilər.
Premium klinikalar daha ucuz alətlər və materiallardan az istifadə edirlər, çünki öz nüfuzlarını qoruyurlar. Lakin böyük şəbəkə klinikaları çox vaxt keyfiyyətə qənaət edirlər”.
Günay Quluzadə