Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diş fırçasının ziyanı – Ehtiyatlı olun

  • 2018.02.22 18:05
  • 14013 Baxış
Diş fırçasının ziyanı –  Ehtiyatlı olun

Massaçusetsa Universitetinin bir qrup kimyaçısı adi diş fırçasının zamanla insan sağlamlığına təhkükəsinin dərəcəsini araşdırıblar. Araşdırmaların sonunda belə bir nəticəyə gəlinib ki, bir çox diş məcunlarında olan antimikrob maddələr diş fırçasının polimer tükcüklərində yığışıb qalır və hər dəfə dişləri yuyanda ağız boşluğuna keçir.

 

Daha çox triklozan adlı  komponent fırçanın diblərində yığılıb qalır. ABŞ  ərzaq və dərman nəzarəti idarəsi tərəfindən bu maddənin antibakterial sabun, gel və salfetlərdə istifadəsini qadağan edib. Lakin bir çox diş məcunlarının tərkibində hələ də bu maddə yer alıb. 

 

FDA istehlakçıları xəbərdar edir ki, heyvanlar üzərində aparılan təcrübə göstərib ki, yüksək dozada triklozan qalxanabənzər vəzin işini ləngidir, bir çox hormonları pozur”.


Triklozandan əlavə polimer fırçalarda ağardıcı maddə, efir yağı, stabilizator və iltihabəleyhinə komponentlər də toplaşıb qalır. Onlar hər dəfə insan dişini yuduqca ağız boşluğu ilə limfa və qan sisteminə keçir. 


Bəs nə etməli?

2 aydan bir diş fırçasını dəyişməli. Antibakterial və müalicəvi diş məcunundan istifadə edib adi məcuna keçdikdə diş fırçasını yeniləməli