Avstraliyalı alimlər vanna otağında saxlanması düzgün olmayan əşyaların siyahısını təqdim ediblər. Medicina.az xəbər verir ki, siyahını “Bed Threads” portalı paylaşıb.
Belə əşyalardan biri də diş fırçasıdır. Nəşrin məlumatına görə, bunun səbəbi tualetə yaxınlıqla əsaslandırılır. Belə ki, unitazın üzərində yaşayan bakteriyalar nəm və isti mühitdə daha da artırlar. Artan bakteriyalar digər əşyaların, o cümlədən diş fırçasının üzərində özlərinə yer edə bilərlər. Bu isə səhhət üçün ciddi təhlükədir.
Siyahıya diş fırçasından başqa, dəsmallar, hamam xalatları, üzqırxan maşınlar da eyni səbəbdən daxil edilib.