Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diş əti xəstəliyini 4 qat artıran səbəb: infeksiya yaradır

  • 2018.02.08 13:33
  • 24727 Baxış
Diş əti xəstəliyini 4 qat artıran səbəb:  infeksiya yaradır
Ağız və diş təmizliyinin kifayət qədər yerinə yetirilmədiyi hallarda diş əti narahatlıqları ortaya çıxır. Qarşısı alınmadıqda isə dişin çıxarılması ilə nəticələnə bilir. Ağrı vermədiyi üçün çox diqqət etmədiyimiz bu narahatlıq irəliləyən zamanda ürək-damar və diabet kimi əhəmiyyətli xəstəliklərə də rəvac verir. Ailem.az diş əti problemi yaradan səbəbləri sadalayır.


Siqaret


Aparılan araşdırmalar nəticəsində siqaret çəkməyin diş əti narahatlıqlarına yaxalanma riskini 4 qat artırdığı məlum olub. Həmçinin immunitet sistemində infeksiyalara səbəb olaraq antikor istehsalını azaldır, bu da diş əti xəstəliklərinin yaranmasına səbəb olur.


Bakteriya ərpi


Yemək artıqları doğru şəkildə təmizlənmədiyi zaman diş boşluqlarında bakteriyalar inkişaf edir. Bu bakteriyalar da zərərli maddələr istehsal edərək diş əti xəstəliklərinə səbəb olur.


Hormonal fərq


Hamiləlik müddətində hormonal dəyişikliklər olduğuna görə diş ətlərində qanama, həssaslıq, şişkinlik və qızarıqlıq yarana bilir.


Stress


Gündəlik həyatda qazanılan diş qıcırtma və diş sıxma kimi vərdişlər diş əti çəkilmələrinə səbəb ola bilir.


Şəkər xəstəliyi


Mütəxəssislər şəkər xəstələrinin diş əti sağlamlığı baxımından daha yüksək riskə sahib olduqlarını vurğulayır. Şəkər xəstəliyi tüpürcəkdəki azalma ilə bərabər ağız quruluğuna və damarlarda zədələrə səbəb olaraq, diş əti probleminə səbəb olan infeksiya yaradır.