Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Diş əti xəstəlikləri COVID-19-un fəsadlarını ağırlaşdırır" - Həkim

  • 2021.11.10 11:41
  • 1639 Baxış
"Diş əti xəstəlikləri COVID-19-un fəsadlarını ağırlaşdırır" -  Həkim
“Gingivit, parodontit və peri-implantit dünyada yüz milyonlarla insana təsir edən qeyri-yoluxucu xroniki iltihabi diş əti xəstəlikləridir. Yayılma intensivliyinə görə dünyada 6-cı yeri tutur və 800 milyona yaxın insan (dünya əhalisinin təxminən 10%-i, yaşı 35-dən çox olan insanların 80%-i) bu xəstəlikdən əziyyət çəkir”.

Medicina.az -ın məlumatına görə, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti Cavid Əhmədbəyli deyib.

O bildirib ki, müalicə edilmədiyi halda dişlərin və implantların itkisinə səbəb olur, bu da insanlarda düzgün qidalanma çətinliyi, nitq qüsuru, özünə inamın azalması və həyat keyfiyyətinin aşağı düşməsi deməkdir: “Baxmayaraq ki, diş əti xəstəlikləri ilə şəkərli diabet, ürək-damar xəstəlikləri, xroniki böyrək çatışmazlığı, revmatoid artrit, Alzheimer xəstəliyi, xərçəngin bəzi növləri, hamiləlik ağırlaşmaları və hətta COVID-19-un fəsadlarının ağırlaşmasına səbəb ola biləcəyi təsdiq edən müxtəlif elmi tədqiqatlar mövcuddur. Diş əti xəstəliyi ictimaiyyət tərəfindən hələ də az tanınır”.