Diş əti və damaq qanaması olan kişilər, dişləri sağlam olan həmyaşıdlarına nisbətən erektil disfunksiyadan iki dəfə çox əziyyət çəkirlər. Bu qənaətə Türkiyənin İnönü Universitetinin alimləri gəlib.
“Medicina” xəbər verir ki, Türkiyəli alimlər kişilərdə diş ətinin qanamasının ereksiya problemlərinin yaranmasına birbaşa təsir etdiyini müəyyən edib.
Belə ki, xəstə diş ətindən olan bakteriyalar qan dövranına daxil olur və nəticədə qan damarlarını və arteriyaları tıxanır.
Zamanla onlar daralır və sərtləşir, bu da ürək xəstəliyinə gətirib çıxarır. Lakin arteriyaların zəif keçiriciliyi də erektil disfunksiyaya səbəb olur.
Çünki ereksiya birbaşa qan axınından və penisin süngər gövdəsinin qanla yaxşı doldurulmasından asılıdır.
Türkiyəli alimlər erektil disfunksiyadan əziyyət çəkən bir qrup kişi ilə yanaşı, erektil problemi olmayan kişiləri də müşahidə ediblər.
Məlum olub ki, birinci qrupda 53%-nin ciddi diş əti xəstəlikləri var. İkinci qrupda kişilərin yalnız 23%-də diş əti qanaxması müşahidə olunub.
53% kişi arasında cinsi problemlər yaşından asılı olmayaraq, 35% -də görülüb.
Günay Quluzadə