Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diş əti iltihabı COVID-19-dan ölmə riskini 9 qat artırır

  • 2021.04.28 12:03
  • 1548 Baxış
Diş əti iltihabı COVID-19-dan ölmə riskini 9 qat artırır
Kanadalı mütəxəssislərin araşdırmasına görə, diş əti iltihabı koronovirusdan ölüm riskini 8.8 qat artırır.


Medicina.az xəbər verir ki, diş əti iltihabından koronavirus səbəbi ilə xəstəxanada yatma riski 3.5, süni nəfəs aparatına qoşulma riski isə 4.5 qat daha çoxdur.

Kanadalı mütəxəssislər diş əti iltihabı ilə koronavirus arasındakı əlaqənin olduğunu açıqlayıblar.

Diş əti iltihabı dişlər və diş ətləri arasında yığılan bakteriyaya bağlı olaraq ciddi bir infeksiya olaraq ortaya çıxır. Müalicə edilməyən insanlarda ağrılara və dişin itirilməsinə səbəb olur. İrəliləyən zamanlarda isə alt çənə sümüyünə ziyan edir.

Mütəxəssislər insanlara dişləri gündə iki dəfə fırçalamaqla, diş ipindən istifadə etməklə və ağız gigiyenasına nəzarət etməklə diş əti iltihabının qarşısına ala biləcəyinizi deyir.

Müalicə edilməzsə bütün orqanizmə yayıla bilər. Eyni zamanda, bu durum ürək problemləri, diabet və nəfəs xəstəliklərinə yol açar.