Dişlər də eyni ilə bədənin digər orqanları kimi qulluğa ehtiyac duyur. Qulluq dişlərin tez çürüməsinin qarşısını alır.
Medicina.az bu yazıda oxucuları diş çürüməsinin qarşısını alan sadə üsulları təqdim edir:
Yemək vərdişlərini dəyişdirin
İngiltərədə aparılan tədqiqatda məlum olub ki, sağlam qidalanmaq dişlərin möhkəmliyinə birbaşa təsir edir. Şəkər baxımından zəngin olan qidalar isə dişlərin çürüməsinə səbəb olan başlıca amillərdəndir.
Süd, pendir, qatıq kimi kalsium baxımından zəngin olan qidalara üstünlük verməyə çalışın və bolluca su için.
Şəkərsiz saqqız çeynəyin
Qəribə görünə bilər, ancaq şəkərsiz saqqız çeynəmək diş çürüməsinə mane olur. Şəkərsiz saqqızın tərkibinə ksilitol adlı komponent daxildir. Bu komponent ağızda yemək artıqlarının və bakteriyaların təmizlənməsini təmin edir.
Diş fırçasını müntəzəm olaraq təmizləyin və dəyişdirin
Həmişə kiçik və ya orta boy fırça seçin. Şotkanın tüklərinin bütün dişləri təmizlədiyindən əmin olun. Bakteriya meydana gətirəcəyi üçün fırçanın başını qapaqla örtməyin. Bunun əvəzinə, hər istifadədən sonra fırçanı su ilə yaxşı yaxalayın və açıq havada saxlayın. Mütəxəsisslər hesab edir ki, hamamla tualet bir otaqdadırsa, fırçanı belə mühitdə saxlamaq olmaz. Bu, diş fırçalarında bakteriya meydana gətirə bilər.
Diş baxımı
Gündə ən az 2 dəfə dişlərin bütün səth və ən arxa hissələrini fırçalayın. Qarqara və diş ipi istifadə etməyi vərdiş halına gətirin.
Tez-tez diş həkiminə getmək xoş deyil, problemi müalicə etməkdənsə qarşısını almaq daha yaxşıdır. Dişlərinizi tez-tez yusanız da, fırçanın təmizləyə bilmədiyi hissələr qalır. Odur ki, ildə bir və ya 2 dəfə diş həkiminə gedib dişlərdə toplanan diş daşlarını və ərpi təmizlətdirin.
Lazımlı vitamin qəbul etdiyinizdən əmin olun. Tüpürcək ifrazını artımaq üçün meyvə, tərəvəz, fındıq kimi lif baxımından zəngin qidalar yeyin. Çox miqdarda B vitamini və dəmir ehtiva etdiyi üçün bütün taxıllı qidalar, xüsusilə alma, banan, kələm, brokkoli və yaşıl noxud yeyin.
Taxıl məhsullarına maqnezium daxildir ki, bu da kalsiumu əmməyə və dişləri gücləndirməyə yardım edir. Tez-tez dəniz məhsullarına da üstünlük verin. Qızıl balıq, siyənək balığı, konserv skumbriya və sardalya, D vitamini üçün mükəmməl mənbədir.
Kokos yağının dişlərə faydası
Kokos yağını dişlər üçün də istifadə etmək olar. Bu yağ bakteriyaları dişlərdən çıxarır və təbii yolla yaxşılaşdırır. Yağı 15 dəqiqə ərzində ağzınızda saxlayın və qətiyyən udmayın. Bu diş çürüklərini müalicə etmir, əvəzində yeni çürüklər əmələ gəlməsinin qarşısını alır.
Diş məcununu özünüz hazırlayın
4 xörək qaşığı kalsium tozu
1 yemək qaşığı steviya
1 xörək qaşığı dəniz duzu
2 xörək qaşığı qabartma tozu
1/4 fincan kokos yağı
Bütün materialları məcun olana qədər qarışdırın və normal diş məcunu kimi istifadə edin. Lakin bu məcunu 30 gündən çox istifadə etmək tövsiyə edilmir.(publika.az)
Maraqlı və faydalı məlunatlara görə çox sağ olun????