Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diş ağrısını kəsən TƏBİİ ÜSULLAR

  • 2017.11.20 11:40
  • 54512 Baxış
Diş ağrısını kəsən  TƏBİİ ÜSULLAR
Diş ağrısını kəsmək üçün bir sıra dərmanlar var. Ancaq həkimə gedənə kimi ağrını azaltmaq üçün təbii üsullar da mövcuddur. Gecənin yarısı diş ağrısı ilə üzləşmisinizsə, bu üsullar köməyinizə gələ bilər.

 

Medicina.az publika.az-a istinadən diş ağrısını ən qısa zamanda aradan qaldıran təbii üsulları təqdim edir:


1.Sirkəli su və duzla edilən qarqara diş ağrısını qısa müddətdə aradan qaldırır. Sirkəli su ilə duz dişi bakteriyalardan təzmiləyir. Diş ətinin infeksiyasının qarşısını alır.


2.Dişə mixək yağı çəkmək də təsirli üsuldur. Quru mixəyi çeynəmək də eyni effekti verir. Mixəkdəki "eugenol” maddəsi bakteriyaları öldürdüyü üçün diş məcunlarının tərkibində də olur.


3. Gecə diş ağrısı ilə üzləşmisinizsə, iki yastıqda yatmağınız məsləhətdir. Başınızın hündürdə olması diş ağrısını azaldacaq.


4.Ağrıyan bölgəyə çöldən buzla kompres edə bilərsiniz. Soyuq su ilə ağzı yaxalmaq da qısa müddətli təsir edə bilər. Soyuq su bəzən xəstə dişin irinləməsinə səbəb ola bilir. Ona görə də soyuq su əvəzinə isti sudan da istifadə edə bilərsiniz.


5.Dişinizi fırçalayaraq diş ağrısından xilas ola bilərsiniz. Bu zaman ağıza təravət verən diş məcunundan istifadə edin. Diş ipi ilə dişləri təmziləmək də diş ağrısını azlada bilər.