Dişinizdə yaranan ən xırda problem belə orqanlarınızın fəaliyyətinə mənfi təsir edə bilər.
Medicina.az xəbər verir ki, mütəxəssis stomatoloqlar yeni iddia irəli sürüblər.
Bir qrup amerikalı həkimin fikrincə, ön 1-ci və 2-ci dişlərimiz böyrəklər və sidik kisəsi ilə birbaşa əlaqəlidir. Növbəti 3-cü alt-üst dişlər isə qaraciyərin fəaliyyəti ilə sıx bağlıdır. Növbədəki 4-cü və 5-ci dişlər ağcıyər və bağırsaq sistemi, 6-cı və 7-ci dişlərimiz öd kisəsi və mədəaltı vəzi ilə əlaqəlidir. Ağıl dişləri isə birbaşa ürək sinirləri ilə bağlıdır.
Mütəxəssislərin sözlərinə görə, dişlərlə daxili orqanlar arasındakı bu əlaqəni bilmək xəstəliklərdən öncədən xəbərdar olmağa imkan verir. Orqanlarıla sıx bağlı olan diş köklərinin ağrıları, həmçinin baş və qulaq ağrılarına da səbəb olur. Məsələn, ağciyərlə sinirləri əlaqəli olan dördüncü və beşinci dişlərin ağrısı astma xəstəliyinin varlığından xəbər verə bilər. Altıncı və yeddinci dişlərdəki ağrılar isə mədə xorası, qastritin göstəricisidir. Ağıl dişlərdəki ağrılar qan damar sistemindəki pozğunluqla və ya anadangəlmə ürək xəstəliklərilə bağlı ola bilər.