Diş ağrısından xilas olmağa bəzi hallarda dərmanlar belə kömək etmir.
Medicina.az xəbər verir ki, diş ağrısını saniyələr ərzində yox edən təbii bir üsul var.
Qəribədir ki, bu bitkinin tozu diş arğısı ilə yanaşı, ziyillər üçün də tövsiyə edilir. Söhbət yabanı kərəvizdən gedir.
Yabanı kərəviz zəngin tərkibi sayəsində immunitet sistemini gücləndirməyə kömək edir. Sümük sağlamlığını dəstəkləyir və enerji verir.
Bu bitkinin ən böyük üstünlüklərindən biri tərkibində antioksidant olmasıdır. Bundan əlavə, ürək-damar sağlamlığına müsbət təsir göstərən yabanı kərəviz yüksək təzyiq riskini azaltmağa da kömək edir.
Tərkibindəki təbii maddələr sayəsində bədəndə yığılan artıq mayeni çıxarır. Qan təzyiqini aşağı salır. Həzm sisteminə də faydalıdır. Kalorisi az olduğu üçün pəhriz saxlayanlar üçün ideal qidadır.
Tərkibindəki antioksidantlar və digər birləşmələr iltihabı azalda və xroniki iltihabla əlaqəli xəstəliklərdən qoruya bilər.
Bundan əlavə, oynaq pozğunluqları və ya artrit kimi hallarda yabanı kərəviz istehlakı ağrıları yox edir.
Stress və narahatlığı azaltmaq üçün də bu bitkiyə şans vermək olar. Çünki yabanı kərəviz sinir sistemini sakitləşdirir və rahatlaşdırıcı təsir göstərir.
Ağızda iltihaba və diş ağrısına səbəb olan problemləri yabanı kərəvizlə aradan qaldırmaq olar. Bunun üçün qudurulmuş yabanı kərəvizi toz halına salıb dişlərin dibinə çəkmək lazımdır.
Tərkibindəki bəzi komponentlər sayəsində ziyilləri qurudur. Bəzi ənənəvi müalicələrdə ziyillərə yabanı kərəviz və ya onun ekstraktından hazırlanmış məcun və məlhəm çəkilir.
Bu bitki salatlara, şorbalara və ya bir çox müxtəlif yeməyə əlavə edilə bilər.
Aysel