Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diş ağrısına nə etməli?

  • 2025.02.12 12:00
  • 220 Baxış
Diş ağrısına nə etməli?

Diş ağrısı gündəlik həyatımıza mənfi təsir edən sağlamlıq problemlərindən biridir.

Medicina.az xəbər verir ki, çürüklər diş əti xəstəlikləri, infeksiyalar və ya diş minasında həssaslıq kimi müxtəlif səbəblərdən yarana bilər.

Birdən başlayan və dözülməz hala gələn bu ağrı, tez keçməzsə yemək yeməyi, danışmağı, hətta yatmağı çətinləşdirə bilər.

Bəs, evdə diş ağrısını aradan qaldırmaq üçün hansı üsullardan istifadə etmək olar?



Duzlu su ilə qarqara

Bir stəkan ilıq suya 1 çay qaşığı duz əlavə edərək qarqara edə bilərsiniz. Bu, iltihabı azaltmağa kömək edər.

Soyuq kompres

Ağrılı bölgəyə içəridən deyil, xaricdən bir buz paketi tətbiq etmək, şişkinliyi və ağrıları aradan qaldıra bilər.

Mixək yağı

Mixək yağı təbii ağrı kəsici və antiseptikdir. Pambıq üzərinə bir neçə damcı töküb dişlərinizə çəkə bilərsiniz.

Sarımsaq

Əzilmiş sarımsağı ağrılı bölgəyə çəkə bilərsiniz.

Ağrı kəsici

Apteklərdən əldə edilən ibuprofen və ya parasetamol kimi ağrıkəsicilər müvəqqəti rahatlama təmin edə bilər.

Aygün
Medicina.az