Sosial şəbəkələrdə minlərlə dırnaq yeyən gəncləri 18 yaşlı tələbənin başına gələnlər dəhşətə gətirib.
Dırnaqlarını çeynəyən qız ağır infeksiyaya yoluxub.
Medicina.az xəbər verir ki, tələbə qız TikTok platformasında dırnaqlarını paylaşaraq, barmağının kəsilməsindən necə xilas olmasını bölüşüb.
18 yaşlı Loren Nikols dırnaqlarını yeməyə adətkardır və yanvar ayında onun bir barmağının dırnaq ətrafında paronixiya infeksiyası düşüb.
İnfeksiya o qədər ağır olub ki, həkimlər qarşısını ala bilməsələr, həmin barmağın baş hissəsinin kəsiləcəyini bildirmişdilər.
İnfeksiya əvvəlcə dırnaq ətində yaşıl ləkə kimi əmələ gəlib, 2 gün sonra ləkənin genişləndiyi, qızartı və ağrının əmələ gəldiyini görüb həkimə gedir.
Antibiotik müalicəsi başlansa da, təsiri olmayıb və barmaq irinləməyə başlayıb.
Yenidən həkimə gəldikdə ona dəhşətli proqnoz deyiblər: Barmağını kəsməliyik.
Həkimlər son dəfə güclü antibiotik mülaicəsi yazıb, nəticə yaxşı olmasa amputasiyanın qaçılmaz olduğunu bildirib.
Loren öz əlini və hekayəsini başlayaraq bütün dırnaq yeyənlərə səslənib: Təcili olaraq bunu tərgidin.