Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dırnaqlardakı bu dəyişiklik xərçəngdən ola bilər

  • 2023.05.02 14:17
  • 3122 Baxış
Dırnaqlardakı bu dəyişiklik xərçəngdən  ola bilər
Boyasız dırnaqlarda xərçəngin təhlükəli əlamətlərini asanlıqla görmək olar.


“Medicina” xəbər verir ki, həkim – onkoloq Matvey Naqoruşinin sözlərinə görə, xəstəlik əlamətlərini və ya əksinə, hər şeyin qaydasında olduğunu bilmək üçün lak və ya başqa bir əlavə boya olmayan dırnaqlara diqqətlə baxmaq lazımdır.

Mütəxəssisin fikrincə, onkologiyanın əsas əlaməti dırnaq yatağında qəhvəyidən qaraya qədər rəngdə, müxtəlif çalarlı zolaqların əmələ gəlməsidir.

Onkoloq dırnaqların kövrəkliyinin artmasına və çatların yaranmasına da diqqət çəkib. Bu, əvvəllər baş verməyibsə, çox pis bir əlamətdir. Üzərindəki hər hansı bir ləkə, nahamarlıq və ya çatlama həkimə müraciət etmək üçün ciddi səbəbdir.


Onkoloq bəzi xanımların manikürdən asılılığını çox mənfi amil adlandırıb. Xüsusilə gel, şellak və ya digər birləşmələr istifadə edilirsə, dırnaqlarda xərçəng yarana bilər.


Əsas təhlükə lakların və fiksatorların özləri deyil, ultrabənövşəyi radiasiyaya məruz qalmaqdır. Qurutma lampaları bədəndə xərçəng hüceyrələrinin sürətlə böyüməsinə səbəb ola bilər.

Yeri gəlmişkən, bu yaxınlarda San Dieqodakı Kaliforniya Universitetinin biomühəndisləri bu mövzuda araşdırma aparıblar. Onlar gözəllik yarışmalarında və model defilelərində çox iştirak edənlərdə dəri xərçəngi hallarına diqqət çəkiblər.

Aynurə Məmmədova