Dırnaq plastinində üzdə olmayan, sədəfin altında yaranan qara xətt, nöqtə və ya qara ləkə çox hallarda travma, zədə, barmağın nəyinsə arasında, altında qalıb əzilməsindən yaranan hematomadır.
Bu dırnağı sıxdıqda, üstündən basdıqda ağrı olur. Zamanla bu qaralma sovrulur.
Ayaq barmaq dırnaqlarında ayaqqabı sıxmasından da belə ləkələr yarana bilir.
Əgər bu səbəblər yoxdursa, heç bir xarici zədə, travma olmadan qara nöqtələr yaranıbsa, o zaman səbəbləri dərində axtarmaq lazımdır.
-Manikür və ya şellak zamanı tünd rəngləyici maddələrin dırnaq plastininin altına sızması
-Göbələk yoluxması
-Endokardit – ürək xəstəliyi zamanı dırnaqda öz-özünə qara ləkələr yaranır.
-Melanoma - ən ağır dəri xərçənginin simptomu da dırnaqda dəyişiklik, ləkə olur. Bu zaman da dırnağa basanda ağrı olur. Bu sizi çaşdırmasın, zədə olmayıbsa, dermatoloqa gedin. Çox güman ki, kiçik əməliyyatla dırnaq xaric olunmalıdır