Bədəninizin çox tez qocaldığını dırnaqlarınızla necə müəyyən edə bilərsiniz?
Pasportdakı yaş həmişə bədənin faktiki vəziyyətini əks etdirmir. Bəzən bioloji yaşlanma təqvim yaşlanmasından daha sürətli baş verir.
“Medicina” xəbər verir ki, Harvard Tibb Məktəbinin professoru, doktor David Sinclair dırnaqların böyümə sürəti insanın bioloji yaşının göstəricisi olduğunu deyib. O, 1979-cu ildə aparılan bir araşdırmaya istinad edir ki, 30 yaşdan sonra dırnaqların böyüməsi ildə təxminən 0,5% yavaşlayır.
Dırnaqlarınız yaşıdlarınızdan daha sürətli böyüyürsə, bu, yaşlanma prosesinin daha yavaş olduğunu göstərə bilər. Dırnaqların böyümə sürətinin azalması qan dövranının pisləşməsi və qida maddələrinin tədarükünün azalması ilə əlaqələndirilir.
Bundan əlavə, bu proses qidalanma və hormonal səviyyələrdən təsirlənir. Məsələn, yetkinlik və ya hamiləlik dövründə dırnaqlar daha sürətli uzana bilər.
Dırnaqlarınızı nə qədər tez-tez kəsdiyinizə diqqət yetirin.
Əgər bunu tez-tez etmək məcburiyyətindəsinizsə, bu, bədəninizin gənc olduğuna işarədir. Dırnaqlarınız yavaş-yavaş böyüyürsə, həyat tərzinizi yenidən nəzərdən keçirməlisiniz: pəhrizinizə, fiziki fəaliyyətinizə diqqət yetirin, pis vərdişlərdən imtina edin.
Aygün Musayeva