Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dırnaq batmasının səbəbləri: ayaqlarımızı necə qoruyaq?

  • 2019.05.13 10:53
  • 18227 Baxış
Dırnaq batmasının səbəbləri:  ayaqlarımızı necə qoruyaq?

Dırnağın ətə batması bir çox insanda müşahidə edilir. Narahatlıq yaradan vəziyyətin bir neçə səbəbi var: dırnaq kəsmə qaydasına düzgün əməl etməmək və ayaqqabı sıxması.

 

 

Medicina.az mövzu ilə bağlı beyninizdə yaranan bütün sualları cavablayacaq yazını təqdim edir.

 

 

Dırnağın dərinin içərisinə doğru batması və ya dərinin dırnağın üstünü örtəcək qədər boyüməsi dırnaq batması adlanır. Buna bir çox fərqli nüanslar səbəb ola bilər. Düzgün edilməmiş pedikür, dırnaq kəsimi, dar ayaqqabılar, corablar və s.

 

 

Dırnaq batması zamanı dərinin üstü qızarır, şişmiş olur və ağrıyır. Adətən dırnaq batması ayağın baş barmağında olur. Bu, bütün yaş qrupu adamlarda rast gəlinən problemdir. Dırnaq batması zamanı ayaqdakı ağrını azaltmaq üçün ayağı isti su ilə vanna edib dırnağın üstündən altına doğru tənziflə bağlamaq lazımdır. Yox əgər dırnağın ətrafında qızartı varsa, mütləq həkimə müraciət etmək lazımdır. Qızartı infeksiya səbəbindən olur, vaxtında həkimə müraciət olunmasa, xəstə dırnağını itirə bilər.

 

 
Həkim zərurət olduğu təqdirdə, dırnağın ətə batan hissəsini kəsir, orada bərkimiş ölü toxumalar varsa, onları da təmizləyir. İnfeksiya əlamətləri olarsa, xəstəyə antibiotik müalicəsi təyin edilir və geniş ayaqqabı geyməsi tövsiyə olunur.
Dırnağın dəriyə batmasına səbəb xəstənin hələ körpə vaxtından dırnaqlarının düzgün tutulmasıdır.

 

 
Yalnış dırnaq kəsimində ən çox edilən səhvlər: dırnağın uclarının, kənarlarının dərin tutulması. Bu zaman dırnaq uzandıqca dəriyə batır.
Dırnaq batması bəzən genetik də ola bilir. Bəzi ailələrdə az qala bütün üzvlərdə bu vəziyyət müşahidə olunur. Şiddətli ağrı və yaxud şişlik kimi əlamətləri görsəniz, mütləq həkimə müraciət edin. Çünki iltihablanma baş verə bilər.

 

 
Bəzi insanlar dırnaqlarını dibdən tutmağa cəhd edirlər. Bu kimi xətalar dəri infeksiyaları ilə nəticələnə bilir.
Hamiləlik ərəfəsində də dırnaq batması qeydə alınır. Buna səbəb hormonal dəyişiklikdir. Əgər genetikada belə bir meyillilik varsa, hamiləllik dönəmində əksərən bu baş verir.

 

 


 
Dırnaq batmasının səbəbləri:  ayaqlarımızı necə qoruyaq?