Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dırnağını göstər, xəstəliyini deyim... – İzah

  • 2019.07.22 10:38
  • 24511 Baxış
Dırnağını göstər, xəstəliyini deyim... –  İzah
Dırnaqlar insanın sağlamlıq vəziyyətindən xəbər verir. Dibdə yerləşən və "Lunula” adı verilən ağ hissədə müşahidə olunan dəyişikliklər bir çox xəstəliklərin xəbərçisi ola bilər.

 

Medicina.az dırnaqdakı dəyişkənliyin səbəblərini təqdim edir: 

 

Baş barmaqlarda olan lunula ən çox görülən hissə sayılır. Əgər həmin bəyaz bölgə kiçik və ya görünmürsə bu, siqaretin verdiyi zərərdən və ya yüksək təzyiqdən xəbər verə bilər. 


Üzük və işarət barmağında yer alan və görünür halda olan lunula həzm və bağırsaq problemlərinin xəbərçisi ola bilər. Həmin bölgənin çəhrayı və ya bənövşəyi rəngdə olması qan dolaşımı və ya ağciyər problemlərinin varlığına dəlalət edir.


Maviyə yaxın dırnaq rənginiz varsa, qanınızda oksigen səviyyəniz daha aşağıdır.

 

Yaşıl rəngdəki dırnaqlar isə bakteriya və infeksionların var olmasının səbəbi ola bilər. 


Mat görüntüyə sahib olan dırnaq sahibləri isə çox güman ki, vitamin çatışmazlığından əziyyət çəkirlər. 


Qalın və ikiyə ayrılan dırnaqlar tiroid və vitamin əksikliyinin göstəricisidir. 


Asanlıqla qırılırsa, bu C vitamini əskik olması mənasına gəlir. Bu, eyni zamanda düzgün qidalanmamağın da göstəricisi ola bilər.


Dırnaqlar əgər yumru formadadırsa, bu, ağciyər, qaraciyər xəstəliklərinin başlanğıcıdır.