23 yaşlı britaniyalı Alana Severs bir neçə il öncə dırnağın altında yaranan tünd xətti gizlətmək üçün çıxış yolunu boyalarda gördü.
Onun ağlına belə gəlməzdi ki, bu dəyişiklik ciddidir və həkimə getmək lazımdır.
Hər gün dırnağını tünd qırmızı boyayan qız zaman keçdikcə dırnağın altdan şişdiyini və kobudlaşdığını da görürdü.
Medicina.az xəbər verir ki, 3 il keçdikdən sonra təsadüfən dırnaqda qara xəttin onkoloji simptom olduğunu öyrənən qız onkoloq həkimə gedir.
“Mən bu qara cizginin xərçəng olduğundan dəhşətə gəlmişdim. Buna inana bilmirdim. Uzun müddət mən onu iqnor edirdim. Terapevtim məni dərhal onkoloqa göndərdi”.
Alanaya melanoma – dəri xərçəngi diaqnozu qoyuldu, barmağın başı, dırnaq və altındakı şiş dərhal əməliyyatla götürülməlidi idi.
Qızın həyatını vaxtında xilas etmək mümkün oldu. İndi həmin barmağında dırnaqsız yaşayır. Qızın bəxti onda gətirib ki, metastaz qana düşməmişdi və şiş üzü xaricə doğru inkişaf edirdi.