Dubayda dincələn kişinin qulağına krab girərək orda qalıb. Kişi özü bunu hiss etməyib.
“Mən çimərlikdə uzanmışdım, hiss etdim ki, qulağıma nəsə düşdü. Amma nə qədər etsəm də bir şey çıxmadı”.
Medicina.az xəbər verir ki, 1 gündən sonra kişi dəhşətli ağrılarla klinikaya gəlir.
Həkimlər qulaq dərinliyində eşitmə keçidini tutan və şişkinlik yaradan qara krab aşkar edirlər.
Qulaq barabanını zədələmədən yad cisim çıxarıldı. Krab qulaqdan çıxanda hələ də diri idi.