Azərbaycanda daha bir məktəb COVID-19 pandemiyası səbəbi ilə bağlanıb.
Medicina.az Unikal.org-a istinadən xəbər verir ki, Qazax şəhər N.Vəliyev adına 5 saylı tam orta məktəbin fəaliyyəti müvvəqəti dayandırılıb.
Buna səbəb məktəbin direktoru Nəsibə Tağıyeva və bir neçə müəllimin koronavirusa yoluxmasıdır.