Protez diş istifadə edənlər qidaları çeynəmədən udduqları üçün kökəlirlər.
Medicina.az xəbər verir ki, bunu türk stomotoloq Pertev Kökdemir bildirib. Onun sözlərinə görə, ingilis elm adamlarının apardığı araşdırma nəticəsində, protezdən istifadə edənlərin düzgün qidalanmadığı məlum olub. Tərəvəz, meyvə, ət kimi qidaları yeyə bilməyən bu şəxslərin sümük çatlaması və qırılması riskinin daha yüksək olduğu qeyd edilib.
Araşdırma qrupundan olan həkim Vael Sabbah, çeynəmək funksiyalarının xüsusilə yaşlıların çənə sistemi üçün çox vacib olduğunu vurğulayıb.
Stomotoloqun sözlərinə görə, bu vəziyyət şəkər xəstəliyinə səbəb ola bilər:
"Belə dişlərə alışmaq adətən çətin olur. Yeməkləri çeynəmədən udmaq isə refleks halı yaradır. Bu da bir çox xəstəliklərə səbəb yaradır. Onlardan biri də şəkərli diabetdir”.
Quliyeva Şəhanə