Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diqqət! Passiv siqaret çəkmək bu orqana ciddi ziyan vurur

  • 2019.01.01 14:32
  • 9590 Baxış
Diqqət! Passiv siqaret çəkmək bu orqana ciddi ziyan vurur

 

Siqaret çəkənlər yalnız özlərinə deyil, ətrafdakılara da ziyan vururlar.

 

Medicina.az xəbər verir ki, Kaliforniya Universitetinin alimlərinin keçirdikləri araşdırmada müəyyən edilib ki, passiv siqaret çəkmə zamanı tünün tüsütüsü ilə mütəmadi olaraq nəfəs almaq ürəyin elekrtik aktivliyini pozaraq aritmiyaya səbəb olur. Bu zaman insanın qəfil ürək tutmasından dünyasının dəyişməsi risqi də artır. 

 

Siçanlar üzərində aparılan eksperiment bu faktın doğruluğunu təsdiqləyib. Belə ki, təcrübə əsnasında toksin qazların orqanizmə təsirini öyrənmək üçün alimlər siçanları kamerada 2-cili tütün tüstüsünə məruz qoyublar. 


Gəmiricilərə həftənin 5 günü, günün 6 saatı tütün tüstüsü ilə nəfəs aldırıblar. 4, 8 və 12 həftənin tamamında siçanların ürəklərini elektrokardioqramma edərək orqanda baş verən elektrik aktivliyini araşdırıblar. Bundan əlavə siçanların ürək əzələlərində həyata keçən kalsium mübadiləsini də araşdırıblar. Daha sonra əldə edilən nəticələr təmiz hava ilə nəfəs alan sişanların göstəriciləri ilə müqayisə ediblər. 

 

Araşdırmaçılar adi hava ilə nəfəs alan siçanların ürəklərinin normal işləsiklərini üzə çıxarıblar. Tütün tüstüsü ilə nəfəs alan heyvanların isə ürək ritmlərində, kalsium mübadiləsində və döyünmədə bir sıra problemlərin olduğunu müəyyən ediblər.

 

Arzu

Medicina.az