Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diqqət: indi də “İt qripi” gəlir – Alimlərdən XƏBƏRDARLIQ

  • 2019.03.30 17:07
  • 8676 Baxış
Diqqət: indi də “İt qripi” gəlir –  Alimlərdən XƏBƏRDARLIQ

 Cənubi Koreya Universitetinin alimləri 10 illik araşdırmalarımı yekunlaşdırıb. Nəticələr İngiltərədə keçiriləcək mikrobiologiya cəmiyyətinin konfransında elan ediləcək. 


Medicina.az xəbər verir ki, 2000-ci ildən qrip virusunun bir bioloji formadan digərinə keçməsi, çevrilməsi halları aşkarlanıb.

Daha çox H3N2 ştamlı quş qripi mutasiya olaraq, itləri də yoluxdurub və itlərdə yeni CİV ştamlı İt qripi adlı yeni növ yaradıb.


Alimlər müəyyən edib ki, son illər yayılmış donuz qripi itlərə də keçə bilir. Bu iki qrip – donuz və quş qripi itin orqanizmində birləşdikdə, yeni CİVmv adlı it qripi virusu yaranır. 

İnfeksiyalı heyvanla təmasdan bu qrip digər canlılara da yoluxur. 


İt qripi insan üçün çox təhlükəlidir. Çox ölkələrdə itlərlə insanların bir evdə yaşadığını nəzərə alsaq, it qripi donuz qripindən daha süətlə keçib yayıla bilər. 

Artıq sübut olunub ki, pişiklərə bu qrip keçdikdə, heyvan ölür. 


İndiyənə kimi qrip epidemiyasının yayılması baxımından itlər insanlar üçün təhlükə hesab olunmurdu. Lakin bu təcrübələrdən sonra itlərlə də ehtiyatlı olmaq lazımdır. Alimlər it qripindən vaksin üzərində işləyir.