Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Diqqət defisiti - Hiperaktivlik sindromu nədir?

  • 2020.08.10 16:24
  • 5126 Baxış
 Diqqət defisiti   - Hiperaktivlik sindromu nədir?


Nə zaman diaqnoz qoyulmalıdır?

Diqqət anlayışı ilə hiperaktivlik anlayışı bir-biri ilə sıx bağlı anlayışlardır. Çünki əksər hallarda hiperaktiv uşaqlarda diqqət zəifliyinə, diqqət zəifliyi olan uşaqlarda isə hiperaktivliyə rast gəlmək mümkündür. Lakin diqqət zəifliyinə təkcə hiperaktiv uşaqlarda rast gəlinmir. Özünə qapalı uşaqlarda da diqqət zəifliyinə rast gəlmək mümkündür.

Hiperaktiv uşaqların əsas əlamətləri aşağıdakılaedır:

1.Normadan çox hərəkətdə olurlar.
2.Dərs zamanı dərsə tam diqqətlərini vermirlər.
3.Oturarkən ayaqlarını əksər hallarda yellədirlər.
4.Ellerini partaya çırpırlar.
5.Diqqetlerini bir mövzuya maksimum 10-15 dəqiqə verə bilirlər.
6.Dərs zamani daim ortalıqda gəzirlər.

Hiperaktiv uşaqlara “hiperaktiv' diaqnozunu qoyarkən 6 yaşı gözləmək lazımdır. 6 yasdan əvvəl uşaqlara hiperaktivlik diaqnozu qoymaq olmaz. 6 yaşa qədər əgər uşağınız çox hərəkətlidirsə, ona uyğun şərait yaradın. Enerjisini çıxması uçun müxtəlif aktivitlərə istiqamətləndirə bilərsiz. Bunlara futbol, basketbol, üzgüçülük ve.s. kimi aktivitlər aid edilə bilər. Əgər 6 yasdan sonra da uşaqda hərəkət normadan çoxdursa, artıq həkimlərə müraciət edə bilər. Medikamentoz müalicə ilə hiperaktivliyi azalda bilərsiz.

Diqqət zəifliyinə gəldikdə, onu yaradan bir neçə səbəb var:

1.Ailede ünsiyyətin düzgün qurulmaması
2.Ana və ata arasında olan davalar
3.Usağın üzərində fiziki və psixoloji şiddetin olması
4.Uşaqla yetəri qədər ünsiyyətə girməmək və.s

Diqqət zəifliyi olan uşağa hər şeydən əvvəl güvən hissini verin. Düşünün ki, uşaq sizə güvənmədiyi təqdirdə sizə vermək istəyəcəyi sualları verə bilmir. Danlanmaqdan, döyülməkdən qorxduğu üçün beynində olan o suallar onun diqqətinin dağılmağına səbəb olur. Bunun üçün uşağınızla daim maraqlanın. Hər hansı bir iş gördüyünüz anda uşaq həvəslə sizdən sual soruşduqda onu yola verməyin. Siz bunu etdikcə uşağın diqqətinin zəifləməsinə də səbəb olursuz. Uşaqda diqqətin güclənməsi uçun öncə ailədə olan problemi aradan qaldırmağa çalışın. İlk özünüzü dəyərləndirin, daha sonra isə mütəxəssislərdən kömək ala bilərsiz.














Nigar Qədirli,
MF İnkişaf Akademiyasının loqoped və defektoloqu