Müasir dövrün ən böyük problemlərindən biri diqqət əskikliyi, fokuslana bilməməkdir.
Medicina.az xəbər verir ki, ekspertlər sağlam qidalanmanın bu problemi yarıbayarı azalda biləcəyini deyirlər.
Beyin sağlamlığını dəstəkləyərək diqqət gücünü artıran qidaları istehlak etmək bu prosesdə çox yaxşı bir qərar ola bilər.
Həmin qidaları təqdim edirik:
Çərəzlər:
Çərəzlər yaxşı antioksidant olan E vitamininin mənbəyidir. Bundan əlavə, çərəzlər əsas yağ turşuları və amin turşuları ilə zəngin olduğu üçün konsentrasiyanı artıran qidalar sırasındadır.
Avokado:
Bədəndəki hər bir orqan, xüsusən də ürək və beyin qan axınından asılı olaraq işləyir. Avokado qan axınını artıraraq beyin hüceyrələrini stimullaşdırır. Bundan əlavə, liflə zəngin olduğu üçün uzun müddət tox qalmağınıza kömək edir.
Yağlı balıqlar:
Yaddaşı gücləndirməyə və zehni performansı artırmağa kömək edən Omeqa-3 yağ turşularını ehtiva edən balıqların konsentrasiyanı artırdığı və əhvalı yaxşılaşdırdığı araşdırmalarla sübut edilib.
Qaragilə:
Beyni zərərli maddələrdən qoruyur. Antioksidant təsiri olan flavonoidləri ehtiva edir. Yaddaşı yaxşılaşdırmağa və konsentrasiyanı artırmağa kömək edir.
Yaşıl tərəvəzlər:
Yaşıl tərəvəzlər beyin gücünü artıran antioksidantlar və karotenoidlərlə zəngindir.
Yaşıl yarpaqlı tərəvəzlər də yaddaşınızı, diqqətinizi və ümumi beyin sağlamlığınızı dəstəklədiyi sübut edilmiş B vitaminləri ilə zəngindir. Onların tərkibində zehni aydınlığı artıran fol turşusu da var.
Qoz:
Çərəzlərin faydasından bəhs etdik. Ancaq qozun əhəmiyyətini əlavə olaraq vurğulamaq lazımdır. Mütəmadi olaraq qoz istehlakı beyin fəaliyyətini artırır və daha güclü yaddaşa kömək edir.
Uşaqların qoz istehlakını artıraraq, onların problem həll etmə bacarıqlarını və məhsuldarlığını dəstəkləmək olar.
Su:
Diqqət əskikliyi ilə mübarizə aparmaq istəyirsinizsə, ilk növbədə kifayət qədər su içməlisiniz. Su bütün beyin funksiyalarını, o cümlədən düşüncə və yaddaş proseslərinin yaxşılaşmasını dəstəkləyir.
Tədqiqatlar sübut edib ki, su daha sürətli düşünmə, daha yaxşı diqqət, daha çox zehni aydınlıq və yaradıcılığın artırılması üçün vacib köməkçidir. Bədəninizin hər bir funksiyası sudan asılıdır. Buna görə kifayət qədər su içməyiniz çox vacibdir.
Aysel